İki nəfərin ölümünə səbəb olan Əli Həsənovun nəvəsi PREZİDENTƏ MÜRACİƏT ETDİ

İki nəfərin ölümünə səbəb olan Əli Həsənovun nəvəsi PREZİDENTƏ MÜRACİƏT ETDİBakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, 6 il müddətinə azadlıqdan məhrum edilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

BiG.AZ xəbər verir ki, Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nail Allahverdiyevin əfv məktubu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edilib.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Unikal.org-a Komissiyaya yüzlərlə müraciətin olduğunu və məhkumların kimlikləri barədə məlumatı açıqlamağın etik qaydalara uyğun olmadığını dilə gətirib:

"Bu fərdi məlumat sayılır. Bu barədə məlumatı yalnız müraciət edən məhkumun özü və yaxud yaxınları deyə bilər. Hər bir məhkum bu müraciəti edə bilər. Amma qanunvericiliyin müəyyənləşdirdiyi qaydada, müraciət araşdırılır və bir neçə meyara uyğun əfvə düşüb-düşməyəcəyi müəyyənləşdirilir.
Sonda məhkumun, zərərçəkmişin, cəmiyətin və eyni zamanda dövlətin maraqları nəzərə alınaraq qərar verilir. Yenə də ən sonda, əfvlə bağlı qərarı qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik".

Əliməmməd Nuriyev həmçinin hansı məhkumlar əfv siyahısına düşə bilər? sualımıza da belə cavab verib:

"Əfvlə bağlı hər bir məhkum müraciət edə bilər və burada heç bir məhdudiyyət yoxdur. Əfv Məsələləri Komissiyasının üzvləri qanunvericiliyə uyğun olaraq əfvə düşəcək məhkumların siyahısını hazırlayır.
Qanunvericiliyə görə, əfvə düşəcək məhkumlar törətdikləri ayrı-ayrı cinayətlərə görə aşağıdakı qaydalara uyğun müəyyənləşdirilir.

Böyük ictimai təsiri olmayan cinayətlərə görə, məhkəmə qanunu qüvvəyə mindikdən sonra, məhkum olunan şəxs dərhal müraciət edə bilər.

Bəzi cinayətlərə görə, məhkum cəzasının 3/1 hissəsini çəkdikdən sonra, əfvə müraciət edə bilər və bunun siyahıya düşmək şansı var.

Ağır cinayətlərə görə, məhkum olunanlar cəzasının yarı hissəsini çəkdikdən sonra əfv komissiyasına müraciət edə bilər.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər cəzasının yalnız 10 il müddəti keçdikdən sonra əfvə düşə bilər".

Xatırladaq ki, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı 18.12.2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əliməmməd Nuriyevin dediklərinə istinad etsək, N.Allahverdiyevin törətdiyi cəza ağır cinayət məhsuliyyəti daşıdığı üçün, sözügedən şəxs ən azı 2 il də məhkumluq həyatı yaşayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2080   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 479
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 475
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 370
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 337
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 3593
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 316
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 584
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 94
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1281