ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib - Snouden

ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib - Snouden
ABŞ-ın yeni təyin olunmuş mərkəzi kəşfiyyat idarəsinin rəhbəri terrorda şübhəli bilinən insanlar üzərində işgəncələrdə iştirak edib.

BiG.AZ oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden "Twitter" hesabında məlumat paylaşıb.

"Mərkəzi kəşfiyyat idarəsinin yeni direktoru şübhəlilərə işgəncələrin verilməsində aparıcı rolu oynayıb...Onun adı son dərəcə məxfi əmrdə qeyd olunub. Həmin əmrə görə, Konqresə çatmasın deyə işgəncələr barədə bütün məlumatlar məhv edilməli idi" deyə Snouden qeyd edir.

"New York Times"da dərc olunan məqaləyə görə, 2002-ci ildə Cina Haspel terrorda şübhəli bilinən iki nəfər üzərinə işgəncələri müşahidə edib, daha sonra qəddar dindirilmə prosesinin video kassetlərinin məhv edilməsində iştirak edib.

Sözü gedən işgəncələrin Taylandın məxfi həbsxanasında yer aldığı bildirilir. Snouden həmçinin iddia edir ki, Haspel Avropa İttifaqı ölkələrinə səfər etsə, həbs olunma riski ilə üzləşə bilər.
ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib - Snouden

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 377 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər