Sabiq dövlət katibi yıxıldı, travma aldı - VİDEO

Sabiq dövlət katibi yıxıldı, travma aldı - VİDEO

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton yenə zədələnib, travma alıb.

BiG.AZ Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın Racastan ştatındakı Codhpur şəhərində, Umayd-Bhavan sarayında baş verib.

2016-cı ildə ABŞ prezidentliyinə namizəd olmuş 70 yaşlı H.Klinton sarayın ərazisindəki Tac Mahal qalasında olarkən pilləkənlərdən yıxılıb.

Onun ayağı büdrəyib və səndələyib. Yanındakı şəxslər onun qolundan tutublar. Az sonra H.Klinton ikinci dəfə yıxılıb.

2016-cı ilin sentyabrında H.Klinton Nyu-Yorkdakı 9/11 memorialında yıxılmışdı.

2017-ci ilin payızında Hillari Klinton Londondakı oteldə də yıxılmış, sol ayağındakı barmağını sındırmışdı.

Hindistandakı olayda Hillari Klinton sol qolundan travma alıb.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 413 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər