Yevlaxda qəzaya düşən müəllim təcili Bakıya gətirildi

Yevlaxda qəzaya düşən müəllim təcili Bakıya gətirildi

Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində ağır xəsarət alan müəllim Əntiqə Qoşqarlı Minqəçevir Şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

BiG.AZ xəbər verir ki, Mingəçevir Mərkəzi Xəstəxanasından unikal.org-a verilən məlumata görə, ağır kəllə-beyin travması alan, beyindaxili qanaxma diaqnozu qoyulan müəllim Bakıya gətirilib. Komada olan Əntiqə Qoşqarlı Mingəçevirə ezam olunmuş neyro-cərrahın müşayiəti ilə Bakıya gətirilən Respublika Neyrocərrahiyə Xəstəxanası yerləşdirilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 413 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər