Mirşahinin yeni komandası - Tam siyahı

Mirşahinin yeni komandası - Tam siyahıAzərbaycan efir məkanında yeni televiziya - "Real" TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. "Real" TV-nin "Azerspace"də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.

Xatırladaq ki, MTRŞ-nin martın 5-də keçirilən iclasının qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı "Real" TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

"Real" TV-nin kollektivi əsasən keçmiş ANS telekanalının əməkdaşlarından ibarətdir. Onu da qeyd edək ki, bu layihədə Vahid Mustafayev və Mais Məmmədov yer almayıb.

Məlumat üçün bildirək ki, Real TV sırf xəbər kanalı olacaq və sutka ərzində saatbaşı xəbərlərlə efirə çıxacaq. Burada şou tipli verilişlərin yayımı hələ ki nəzərdə tutulmayıb. Günün aktual xəbərləri ilə yanaşı, baş verən önəmli hadisələrə peşəkar yanaşmalar, müsahibələr də olacaq.

Komandada fəaliyyəti dayandırılmış ANS televiziyasının keçmiş əməkdaşlarından Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Eldəniz Vəliyev, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailoğlu və digərlərinin təmsil olunduğu bildirilir.

Kanalın xəbər prinsipləri arasında dəqiqlik, obyektivlik, operativlik, qərəzsizlik başlıca yer tutur.

Komanda üzvlərindən aldığımız məlumata görə, "Real" TV sırf yeni maddi texniki baza üzərində qurulub, ANS TV-nin texniki avadanlıqlarından istifadə olunmayıb. Ümumiyyətlə, yeni kanalın öncəkinə heç bir aidiyyəti yoxdur.

TV-nin artıq reklam bazası da formalaşıb və efirə başladığı gündən reklamlar hesabına maliyyələşəcək.

Qeyd edək ki, televiziyanın ofisi Əhməd Rəcəbli küçəsində, 5 mərtəbəli binada yerləşir. Artıq texniki avadanlıqlar gətirilib və ofisdə son hazırlıq işləri görülməkdədir. Televiziyanın bu həftə içində fəaliyyətə başlaması nəzərdə tutulsa da, dəqiq tarix hələ ki bəlli deyil.

"Real" TV-nin internet saytı da olacaq, artıq tvreal.az saytının fəaliyyətə başlaması da planlaşdırılır.

mənbə: musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3423   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1186
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 481
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 391
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 178
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1041
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 3792
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 770
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 193
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 618