Qəzaya uğrayan təyyarənin pilotunun son səs yazısı üzə çıxdı - VİDEO

Qəzaya uğrayan təyyarənin pilotunun son səs yazısı üzə çıxdı - VİDEO
İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsinin kapitan pilotu Beril Gebeşin son səs yazısı ortaya çıxıb.

Beril Gebeşin 8 mart günü İstanbuldan qalxarkən dispetçer qülləsi ilə yaratdığı telefon danışığı ortaya çıxıb. Beril Gebeş son səs yazısında səlahiyyətli şəxslərdən təyyarəni işa salmaq üçün icazə istəyib. Bir müddət sonra uçuşu gerçəkləşdirən Gebeş bu dəfə də təyyarəni yüksəyə qaldırmaq üçün qüllə ilə birbaşa bağlantı yaradıb. Havaya qalxdıqdan sonra 5 min fut yüksəkliyə çatdığını söyləyən pilot daha çox yüksəyə qalxmaq üçün icazə gözləyib. Əlaqə qüllənin 6 min futa qədər qalxma icazəsi verməsi ilə kəsilib.

mənbə: milli.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2667 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər