"Məktəblərimiz əxlaqsız yuvasına çevrilib, şagirdlər arasında Braziliya serialları yaşanır"-MÜSAHİBƏ

"Məktəblərimiz əxlaqsız yuvasına çevrilib, şagirdlər arasında Braziliya serialları yaşanır"-MÜSAHİBƏSon günlər təhsil sistemində olan problemlər sosial mediada ciddi müzakirələrə səbəb olub. Təhsildə olan problemlərlə bağlı təhsil eksperti Kamran Əsədov BiG.AZ saytına müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik.

-Hazırda bildiyimiz kimi Təhsil Nazirliyinin xeyli müddətdir ki, naziri yoxdur. Sizcə nazir vəzifəsini icra edən Ceyhun Bayramovun nazir təyin edilməsi ehtimalı nə qədərdir?

"Məktəblərimiz əxlaqsız yuvasına çevrilib, şagirdlər arasında Braziliya serialları yaşanır"-MÜSAHİBƏ-Bu ehtimalı Azərbaycan təcrübəsi yaradır. Son təyinatlara nəzər yetirsək görərik ki, Natiq Əliyev vəfat edəndən sonra onun müavini nazir təyin olundu. Azərbaycanda təhsil nazirlərin hər biri sima olaraq tanınırdı. Çünki onların hər biri uzun müddət Azərbaycan elmində olduqları üçün tanınırdılar. Amma 2013-cü ildə Mikayıl Cabbarov gələndə onu heç kim tanımırdı. Sistem yeni kadrlar gördü. Buna öyrəşənə kimi də bitdi. Ona görə də gözləntim odur k, başlayan layihələr başa çatmalıdr. Təkcə son 5 il ərzində layihələrə dövlət büdcəsindən 6 milyard xərclənib. Bizdə də təzə gələn rəhbər köhnənin tikdirdiyi hər bir şeyi söküb yenidən inşa edir. Bizdə təyinatlar xalqın rifahı üçün deyil, öz xeyirləri üçün olur. Təhsil də belə kökülü dəyişikliyi sevmir. Məktəb direktoru tez-tez dəyişilsə belə xeyiri olmayacaq. Təhsil uzun müddətliyi sevir. Çünki insanların dərdlərini uyğunlaşmaq lazımdır. Buna da əlbəttə müəyyən müddət lazımdır.

Ölkəmizdə 4472 məktəb var. Təhsil nazirliyi 4472 məktəb direktorunun 72-sini belə tanımır. Çünki ünsiyyətdə olub, kollegiya iclasları keçirməyiblər. Artıq 3 aydan çoxdur Təhsil naziri yoxdur. 3 aydır regionlarda vətəndaşlarımız öz şikayətlərini çatdıra bilmirlər. Prezident sərəncamına görə nazirlər və komitə rəhbərləri regionlarda vətəndaşlarla görüş keçirməlidir. 3 aydı bu görüşlər keçirilmir. Təhsil nazirinin müavini bunu edə bilməz. Bilirsiniz ki, müavinin biri Vergilər nazirinin müavini təyin edilib. Əməkdaşların bir çoxu Vergilər Nazirliyindədir. Bu artıq sərkərdəsiz ordudur. Hər kəs tək başına döyüşür. Bu inamsızlıq yaradır. İnsanlarımız əvvəl deyirdilər ki, təhsil yoxdur. İndi də deyirlər nazir yoxdur. Azərbaycanda Təhsil Nazirliyi deyilən qurum olmamalıdır. Ola da bilməz. Çünki bu gülüncdür. Elm,Təhsil və İnnovasiya Nazirliyi olmaldır. Bütün ölkələrdə bu belədir. Bu gün Milli Elmlər Akademiyasının rəhbəri nazirliyə tabe deyil. Universitet rektorlar nazir hər hansı bir əmr göndərsə onu cırmaq hüququna malikdir. Çünki deyirlər ki, ikimizi də prezident təyin edir.

Təhsil nazirliyinin universitetlərdəki ixtisaslar üzrə hazırlanan tədris proqramını yoxlamağa kadrlar yoxdur. Boşluqlar var. Dərsliklərdə hər gün oyun çıxarılır. Dərsliklər üçün ayırca qurum yaradılmalıdır. Dərslik agentliyi olmaldır. Kimin evində rəngli printiri varsa kitab çıxarır. Nəticədə isə biabırçılıq olur. Nazirlik sadəcə rəy verir. Uşaq baxçalarına heç bir müdaxilə oluna bilinmir. Çünki icra hakimiyyətlərinə tabedir. Burada uyğunsuzluq var. İnsanlarımız sistemsizlikdən narazıdır.

Uşaqlar məktəbəqədər təhsildə o qədər yüklənir ki, yuxarı pillələrə gedib çata bilmirlər. Müəllimlər narazıdırlar. Təhsil naziri hər ay vətəndaşların müraciətinin və zənglərinin statistikasını ortaya qoyur. Ortaya dəhşətli statistika çıxır. Hər ay 20 min şikayyət olur. Nəzərə alsaq ki, iş saatı 9-dan 6-ya kimidir. Belə çıxır ki, vətəndaşlarımız hər saniyə şikayyət edir. Müarciətlərin heç 5 faizinə belə baxılmır. Təhsil Nazirliyinə göndərdiyim müraciətlərimin heç birinə cavab ala bilməmişəm.

Azərbaycanda kollec deyilən sistem var. Bu gün kolleclərimizdə təhsil deyilən bir şey yoxdur. Onların məzunlarını imtahan etsək görərik ki, vəziyyət çox acınacaqlıdır. Məktəbdə əxlaqsız hadisə və döyülmə baş verir. Təhsil naziri buna cavab verə bilmir. Bu sadəcə olaraq dəhşətdir. Bu yaranın partlama haldır. Şagirdlərimiz məktəblərdə etdikləri əxlaqsızlıqları internetlərdən götürürlər. Onlar bu əxlaqsızlıqları evdə etmirlər. Bunu etmək üçün münbit şərait məktəblərdə yaradılır. Məktəblərdə nəzarətsizlik hökm sürür. Ona görə də şagirdlər öyrəndiklərini məktəbdə edirlər. Çünki direktorlar məktəblərə dədələrinin mülki və biznes sahəsi kimi baxırlar. Bu gün direktor şagirdi döyür. Sən kimsən ki, şagirdi döyəsən.

-Əvvəllər müəllimlərlə valideynlər arasında əlaqə var idi. Amma bu gün müəllim şagirdə aşağı qiymət yaza bilmir. Çünki valideyn müəllimi məhkəmə ilə qorxudur. Valideyn haqsız olsa da haqlı çıxır.

- Bu gün təhsilə yanaşma dəyişib. Müəllim adını daşıyan bəziləri təhsili o qədər ucuzlaşdırıb ki, valideynlərin inamı qalmayıb. Bu gün maddiyyat mənəviyyatdan dəyərli olub. Müəllim 2005-ci ilə kimi hər şey edə bilərdi. Azərbaycan təhsilinə kurikulum əsaslı zərbə vurdu. Başqa ölkələr üçün kurikulum gözəl layihə ola bilərdi. Amma Azərbaycan üçün mümkün deyil. Bakidaki 320 məktəbdən 150-si fond və bayram pulu yığılır. Bakıda bir sinif üzrə 48 min şagird oxuyur. Bu da o deməkdir 500 min şagird var. Hərəsi 1 manatdan fond pulu yığsa görün ayda 500 min manat pul edir. Ən dəhşətlisi odur ki, valideyn direktora deyir ki, mənim uşağım ayda bir dəfə məktəbə gələcək. Bunun müqabilində sənə 1000 manat verəcəm. Direktor pulu alır. Müəllimdən həmin şagirdə qiymət yazmağı istəyir.

Bu gün müəllimlər şagirdlərlə konfliktə girir. Əgər şagird öz müəlliminin yanına deyil digərinin yanına hazırlığa gedəndə problem yaranır. Müəllimi başlayır onu sıxmağa. Buna görə də müəllimlər şagirdlərin gözündən düşür. 2-ni yazmırlar. Çünki bilirlər ki, 2 yazsalar valideyn direktora rüşvət verib düzəldəcək. Amma müəlimin gözü kölgəli olmasa valideyn hətta nazirə kimi gedib çıxsa düzəltmir. 150 min içərisində belə müəllimlər təəssüf ki, azdır. Bu gün repititorlar Azərbaycan təhsilinin dəhşətidir. Məktəb müəllimin yanına getməyən şagirdlər sinif rəhbərləri və direktorları tərəfindən cəzalandırılır. Şagird də məcbur olur öz müəlliminin yanına gedir. Ən dəhşətlisi odur ki, valideyn müəllimə pul verir ki, uşağı birinci partada otursun. Valideynlər arasında birinci parta üçün yarmarka keçirilir. Dövlətin təyin etdiyi məktəbli geyimləri var. Gedin məktəblərə baxın qızlar yupkalarını çəkiblər yuxarı. Kim nəzarət etməlidir. Bu gün bəzi məktəblər əxlaqsız yuvasına çevrilib. O qədər nəzarətsizlikdir ki, şagirdlər arasında brazilya serialları yaşanır. Şagirdlər sosial şəbəkələrdə elə şəkirlər paylaşırlar ki, baxanda dəhşətə gəlirsən. Hətta şagirdlər bu şəkillərlə bir-birilərini şantaj da edirlər. Hətta müəllimlər belə açıq-saçıq şəkillər paylaşırlar. Bütün bu halların səbəbkarı elə müəllimlərin özüdür. Müəllim dəyərlidir. Evində, oteldə neyləyirsən elə. Amma bu ictimailəşməməlidir. Bu gün müəllimlərin sosial səhfələrinə baxanda elə bilirsən porno ulduzudur.

Yaxşı müəllimlərimiz də var. Ölkədə 4472 məktəb və 1.6 milyon şagird, 164 min tələbə var. Yəni ailə üzvlərimizdən birinin təhsillə bağlılığı var. Fiziki zorakılıq etmədən də şagirdi cəzalandırmaq olar. Müəllimin sinifdə saxlamaq, qiymətini yazmamaq, rəhbərliyə təqdimat yazmaq, sinifə dərs deməmək və məktəbi dəydirmək hüququ var. Amma qorxduqlarına görə eləmirlər. Bu gün biz müəllimin dəyərini qaldırmasaq 5 ildən sonra biz hansısa bir yad planetlini fikirləşəcəyik. 20 il bundan qabaq ki, müəllimə qoyulan dəyərə baxın. Bir də bu gün qoyulan dəyərə. Cəza təkcə döymək deyil. İclas keçirməklə deyə bilərlər ki, flankəs nizam-intizamı pozur.

Bu gün müəllimlər fikirləşir ki, 5 saat dərsim var. Qurtarsaydı gedərdim işlərimin dalınca. Yanaşma dəyişilməlidir. Müəllimlərə dövlət qulluqçusu statusu veriməli və bütün komunal xərclərdən azad edilməlidir. Müəllimin aldığı maaş özünü görsün ki, keyfiyyət olsun. Yoxsa dərsdən sonra əlavə işlər görməyə məcbur olmaq təhqirdir. Müəllimlər sabah mən uşağıma nə yedirdəcəm deyil dövlətin balasına hansı dərsi keçirəcəyəm deməlidirlər. Onlar heç bir kitab oxumadan dərsə girirlər. Çünki müəllim necə soruşa bilər ki, bu gün dərsimiz nədir. Hər bir müəllimin proqramı var. O proqram əsasında da bilməlisən ki, ev tapşırığı olaraq nə vermisən. Çünki müəllimlərin jurnalı yoxdur. Məktəb bu gün vaxt keçirmək obyektinə çevrilib. Bu gün valideynlər uşaqlarını məktəbə göndərir ki, 5-6 saat başı dinc olsun. Belə olan da da dövlət 2 milyard manat pul itirir. Dövlət bir uşağın oxuması üçün ayda 100 manat pul xərcləyir. Keyfiyyət istəyiriksək məktəbi ləğv elə. 100 manatı vallideyn ver özünə. De ki, amma 11 ildən sonra səndən nəticə istəyəcəm. Bir sözlə məsuliyyəti valideynin üzərinə qoyulmalıdır. Bu halda direktorlar maraqlı olacaq ki, keyfiyyətli dərs desin ki, valideynlər uşaqlarını onun məktəbinə qoysun. Necə ki, əlavə müəllimə pul verirlər. Məktəblər arası rəqabət yaradılmalıdır. 11 ildən sonra nəticə aşağı olsa dövlət tələb etməlidir ki, verdiyim pulu geri qaytar. Valideynlərdə məsuliyyət olmalıdır. Heç bir valideyn uşağından xəbərdar deyil. Biz valideyni uşağını oxutdurmağa məcbur etməliyik. Bu gün 35 min şagird ana dilindən 2 alır. Öz ana dilindən 2 almaq dəhşətdir. Əlaqə üç bucaq şəklində olmalıdır. Validey, müəllim və şagird. Bu üç bucaq pozulanda təhsildə xaos yaranır. Bir pis məktəb bir nəsli məhv edir. Bu gün cəmiyyətdə boşanmaların, qətllərin günahkarı məktəblərdir. Azərbaycanda özəl lisseylə bağlı neqativ hal demək olar ki, yoxdur. Onların illiyi 4000 manatdan 25 min manata qədərdir.

-Məktəb direktorlarının təyin edilməsi hansı yolla olmalıdır?

-2013-cü ilə kimi heç kim pulsuz direktor təyin edilə bilməzdi. Hər bir məktəbin öz qiyməti var. 2013-cü ildən sonra direktor müsabiqə yolu ilə seçilməyə başlanıldı. Qanunvericikdə göstərilir ki, hər bir direktorun 5 il iş təcrübəsi olmalıdır. 3 ay kurs keçən direktor təyin edilir. Bu kursun da keyfiyyətli olub-olmaması da bəlli deyil. Direktor müşaviriliyi postu yaradılmalıdır. Həmin şəxsləri təcrübəli insanların yanında praktikaya qoymaq lazımdır. Rüşvəti deyil təhsili öyrətməlidir. Bilmirlər ki, məktəbli formaları məcburi deyil. Töfsiyə xarakterlidir. Məktəb idarəçiləri 3 aylıq kursdan sonra seçilməməlidir. Onların 1-2 il sınaq müddəti olmalıdır.Belə məktəb idarə etmək olmaz. 5-10 təhsildə işləyənlər var. Onaları direktor təyin etmək lazımdır. Kriteriyalar təyin olunmalıdır. Müəllim kimi neylədiyi və kollektivin razılığı önəmsənməlidir. Müəyyən edilməlidir ki, kollektivlə necə işləyir. Bu yaxınlarda 68 direktor təyin ediblər. Onun 35 indiyə kimi məktəbə ayağını belə basmayıb. Belə qayda olmaz axı.

-22 saylı məktəblə bağlı başqa faktların olduğunu qeyd etmişdiniz. Onlar hansılardır?

-22 saylı orta məktəbin direktoru iki dəfə şiddətli töhmət alıb. Bəzi məktəb direktorları guya aktivlik göstərirlər. Bu gün sosial şəbəkələrdə aktivsənsə bu yaxşıdır. Amma valideynin, şagirdin icazəs olmadan şəkilini paylaşa bilməzsən. Qanunvericilikdə də göstərilir ki, bu yolverilməzdir. Bu həm də təhlükəsizlik normalarına ziddir. Hər bir dövlət orqanında şəkil çəkib paylaşmaq olmaz. Terror törətmək istəyən şəxs bilir ki, artıq içəridə onu neçə şəxs gözləyir. Azərbaycan Dövlət Neft Akademiyasındakı terroru heç kim unutmayıb. 22 saylı məktəbdən bütün valideynlər narazıdır. Çünki həmin şəxs heç vaxt orta məktəbdə işləməyib. Şəkil paylaşmaqla like yığa bilərsiniz amma təhsilin səviyyəsini qaldıra bilməzsiniz.

-Bu gün təhsil müəssisələrində təhlükəsizlik hansı səviyyədə qorunur?

-Ödənişli təhsil müəssisələrində təhlükəsizlik qismən də olsa təmin edilir. Orta məktəblərə dövlət mühavizəçi verə bilər. Bizim məktəblərimizi yaşlı nənələr, xalalar, babalar qoruyur. Onlar sadəcə dərs saatında şagirdləri kənara çıxmağa qoymurlar. Əlbəttə ki, bu təhlükəsizliyi qorumaq deyil. O yaşlılar hər hansı hücum olarsa müqavimət göstərə biləcəkmi? Əlbəttə xeyir. Türkiyədə, Gürcüstanda və Avropa ölkələrində xüsusi təlm keçmiş şəxslər mühavizəni təşkil edirlər. Əgər Respublika Narkoloji Dispanserdə təhlükəsizliyi təmin edən olsaydı daha az ziyan dəyərdi. Mühavizəçilər özünü müdafiə qabiliyyətinə malik olmalıdırlar. Deyirlər pul yoxdur. Gülməlidir ki, bütün məktəblərdə şagirdlərdən mühavizəçi pulu yığırlar. Yığılan pul ay ərzində 3-4 min təşkil edir. Amma mühavizəçiyə 300 manat pul verirlər. Yığılan məbləğ düzgün deyil. Mühavizəçi süpürgəçidən təyin edilməməlidir. Bizim məktəblərimiz bərbad şəkildə mühavizə edilir. Azərbaycan Dövlət Neft Akademiyasında bir nəfər o qədər adamı öldürdü. Mühavizəçi kimiydi? Yaşlı xala və dayı. Amerikada məktəblər bizdən çoxdur. Amma neqativ hallar çox azdır. Amma bizdə maşallah görün nə qədərdir? 1.6 milyon şagird bizdədir. 35 milyon şagird də Amerikadadır. Bizdə də qaçaqmalçılıq, döyülmə halları var. Bizdə 4472-dirsə onlarda 135 min məktəb var. Uşaq məktəbə gedəndə özünü müdafiəni öyrətməlidir. Amma təəssüf ki, bu gün bizim məktəblər bunu öyrətmir. Məktəb həyata hazırlamalıdır.

-Zorlama hadisəsindən sonra hamı qınadı. Məktəblərdə şagirdlərin bu cür münasibətlər haqqında məlumatlı olmaları üçün ayrıca bir dərs keçmək olarmı?

-Müəllimlər düşünürlər ki, o dərsi keçən zaman uşaqlar dərsdən sonra pis işlərlə məşğul olacaqlar. Belə deyil. Bədən tərbiyyəsində necə olur ki, qızlara da oğlanlara ayrı dərs keçirlər. Bu tipli dərslər Həyat Bilgisi dərsliyi adı altında keçirilməlidir. Uşaqlara öyrədilməlidir ki, onlara nə olar nə olmaz. Bu gün internetdən istifadə etməyən yoxdur. Uşaqlar internetdən istədiklərinə baxırlar. Amma oğlanlara və qızlara bu tip dərslər keçirilərək onları hansı təhlükə gözləyə biləcəyi anladılmalıdır. Valideynlər uşaqları ilə nə qədər ünsiyyətdə olur? Bu gün bizim cəmiyyət uçuruma sürətlə gedir. Uşaqlara kiminləsə əxlaqsız hərəkətin etməyin fəsadlarını örətməliyik.

-Şagirdə telefon verilməldirmi?

-Bu gün valideynlər uşağa iki səbəbə görə telefon verir. Əlaqə qurmaq və başları dinc olması üçün uşağa telefon alırlar. Uşağa telefon verilsin. Amma telefona qadağanedici proqramlar yazılmaldır. Valideynlər öz səhflərini telefonun üzərinə atır. İnsanlar əldə etdiyi məlumatları tədbiq etməyə meyilidir. Düzgün istiqamətdə işlənilməlidir. Nəticədə 4-cü sinif şagirdi intihar edir və yaxud porno ulduzuna çevrilir. Övladinizi dinləyin, dərdini anlaya bilin.
Məktəblərdə norkomaniyaya, erkən nigahlara, siqaret çəkməyə yox adında tədbirlər keçirilir. Bunun nəyi pisdir. Bir də zorakılığa yox deyək. Erkən nigah deyəndə biz nəyi nəzərdə tuturuq? Abort olunan uşaqların sayı 1200-dür. Abort etdirənlərdə 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir. Artıq biz abort olunma həddindəyik. Narkotikə yox deməklə narkotikə meyl etdirmirik. Uşaqlara öyrədilməlidir ki, internetdə baxdıqlarınızı sinif yoldaşlarınıza tədbiq etsəniz sizi hansı faciə gözləyir. Fəsadların nəticələri uşaqlara göstərilməidir. Avropada İslam var müsəlman yoxdur. Bizdə də müsəlman var, İslam, dəyərlər yoxdur. Oğlanlara da, qızlara da bütün bunlar ayrı-ayrılıqda başa salınmalıdır. Abort etdirən məktəblilərin sayı 1000-ni keçib. 22 saylı orta məktəbdəki şantaj olunan şagirdlərlə bağlı mənə müraciət edənlər olub. Şagirdlər gedib yolda sinif yoldaşlarının əlini tutub şantaj edirlər. Biz problemdən çıxış yolunu axtarmalıyıq.

-Kurikulum sistemini əvəzləyici təklifiniz varmı. Biz kurikulum sistemi ilə bizi nə gözləyir?

-2008-2009-cu il tədris planı üzrə biz kurikulum sisteminə keçmişik. Amma bu Azərbaycan təhsilini uçuruma aparır. 2017-ci ildə ilk dəfə olaraq kurikulumla dərs keçən şagirdlər imtahan verdi. Onlardan 75 faizi iki aldı.

-Bu sistemlə Avropa qabağa gedə bilirsə biz niyə gedə bilməyək?

-Azərbaycan əmək bazarı tamamilə fərqli biliyə sahib şəxs istəyir. Kurikulum sistemin hazırladığı kadr Azərbaycan əmək bazarının istəyinə cavab vermir. Bizim üçün ideal təhsil 2008-ci ilə qədər tədbiq edilən idi. O da sovet dövründən qalmışdı. Biz kurikulum sistemi ilə davam eləsək ali məktəbə qəbul üçün keçid bal 150-dən 50-yə endiriləcək. Mən düşünürəm ki, kurikulum sistemini dayandırıb ənənəvi vasitəyə keçməliyik. Kurikulum sistemi Azərbaycan təhsili üçün təhlükədir.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6543   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678