Mikroavtobus qəzaya uğradı: Xəsarət alanların hamısı qadındır - ADLAR - YENİLƏNİB

Mikroavtobus qəzaya uğradı: Xəsarət alanların hamısı qadındır - ADLAR - YENİLƏNİB

Şirvan şəhərində baş verən qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.

Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.

Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib. (apa)

Mikroavtobus qəzaya uğradı: Xəsarət alanların hamısı qadındır - ADLAR - YENİLƏNİB

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 624 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər