Sürüşmə zonası sakinlərinə kompensasiyalar nə zaman veriləcək? - Rəsmi Açıqlama

Sürüşmə zonası sakinlərinə kompensasiyalar nə zaman veriləcək? - Rəsmi Açıqlama

“Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır”.

BiG.AZ apa-ya istinadən xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki, qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: “Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 299 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər