Yeganə Hacıyeva: "Azərbaycan cəmiyyəti söyüş və təhqirlərdə hiddətlənən cəmiyyətdir"

Yeganə Hacıyeva: "Azərbaycan cəmiyyəti söyüş və təhqirlərdə hiddətlənən cəmiyyətdir"Siyavuş Noruzovun müraciətini mən iqtidarlı müxalifətli cəmiyyətdə qruplar arası barışa, əminamanlığa, münasibətlərin gərginləşməsinin qarşısının alınmasına yönəlmiş addım və ümumi barışa çağırış kimi qəbul edirəm.

Bunu BiG.AZ-a açıqlamasında beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva deyib.

Yeganə Hacıyeva qeyd edib ki, Dünyanın müxtəlif cəmiyyətlərində mübarizə üsulları, xalq kütlələrinə təsir vasitələri müxtəlif olur: "İstər iqtidarlar, istərsə də müxalifətlər müxtəlif siyasi hadisələr öncəsi cəmiyyətləri onlara təsir edən həssas mövzularla aktivləşdirmək , onları idarə etmək, müəyyən məqsədlər üçün istifadə etmək təcrübələri mövcuddur. Heç kimə sirr deyil ki , dünyada bu mövzuları öyrənən və tətbiq edən çoxlu sayda beyin mərkəzləri mövcuddur. Son illər dünya müxtəlif cooğrafiyalarda kənar qüvvələrin bu kimi üsullardan tətbiqi ilə başlanılan , yerli xalqlar və cəmiyyətlər üçün ağır nəticələrənən çoxlu sayda qanlı olayların şahidi olmuşdur. Azərbaycan tarixən təhqir və söyüşlərə neqativ yanaşan bir cəmiyyətdir. Bu coğrafiyada ailəyə , qadına , uşağa , dünyasını dəyişənlərə hörmət cəmiyyətin idarə olunmasında yazılmamış qanunlarla tənzimlənən mentalitet adlandırdığımız bir institutun , milli dəyərlərin tərkib hissəsidir. Bizim cəmiyyətdə istər siyasi istərsədə diğər sahələrin nümayəndələrində bu mövzulara yanaşma diqqətli və həssas olmuşdur".

Yeganə Hacıyeva vurğulayıb ki, Azərbaycan cəmiyyəti söyüş və təhqirlərdə hiddətlənən cəmiyyətdir: "Heç kimə sirr deyil ki , bizdə məişətdə və cəmiyyətdə baş verən istənilən xoşagəlməzliklərin əsasını söyüşə hiddət və ona neqativ rekasiya təşkil edir. Bizdə bağçada belə kiçik uşaqların, məktəbdə yeniyetmələrin davasının , küçədə baş vermiş qanlı insidentlərlə nəticələnən bütün davalar adətən söyüş və təhqir üzərindən baş verir. Şəxsən mən sırf son bir neçə ayda özünü yeni siyasi qüvvənin nümayəndələri adlandıran fərdlərin öz opponentlərini , onların ailə üzvləri və yaxınlarının ünanına təhqir və söyüşlər yağdırması kampaniyasını təsadüfü hesab etmirəm. Yəgin ki Azərbaycanda son zamanların ən narahat edici gərginlik olmuş İsmayıllı hadisələrini hamı xatırlayır. O gərginliyin əsasını da yerli caamatı təhqir etmiş bir məmur qohumunun söyüşü olmuşdur. Son ayların dirnaqarası kampaniyalarının başlama tarixinə diqqət yetirmək kifayətdir ki , bunun seçki öncəsi cəmiyyətimizdə siyasi quruplar arası münasibətlərin gərginləşməsinə hesablanmış təxribat kampaniyası olması aydın olsun. Söyüş və təhqirin siyasi mübarızə ilə heç bir aiddiyatı yoxdur , bunu edən heç bir siyasi qrup Azərbaycanda heç vaxt cəmiyyətin rəğbətini qazana bilməz".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930