Azərbaycanda 4 gün əvvəl itkin düşən şəxslərin aqibəti - RƏSMİ

Azərbaycanda 4 gün əvvəl itkin düşən şəxslərin aqibəti - RƏSMİ
Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli, “Yamaha-85” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olduqları müəyyən olunub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 652 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər