Hava kəskin dəyişəcək, yağış qar yağacaq

Hava kəskin dəyişəcək, yağış qar yağacaq
Qarşıdakı iki gün ərzində havanın temperaturunda mühüm dəyişikliklər gözlənilmir.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək:

“Növbəti iki gün ərzində hava şəraitinin dəyişməsi gözlənilmir. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Paytaxt ərazisində müşahidə olunacaq hava şəraitinə gəldikdə isə arabir çiskinli yağış yağacaq, mülayim şimal-şərq küləyi əsəcək. Həmçinin dumanlı hava şəraiti gözlənilir. Temperatur 6-9 dərəcə arasında dəyişəcək”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1245 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər