"Azərbaycanda 9,10,11-ci sinifdə oxuyan 1200 şagird abort elətdirib" - Kamran Əsədovun SƏSYAZISI

"Azərbaycanda 9,10,11-ci sinifdə oxuyan 1200 şagird abort elətdirib" - Kamran Əsədovun SƏSYAZISI

Son günlər abort elətdirən 1200 məktəblinin xəbəri cəmiyyətdə rezonans yaradıb.

Belə ki, BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov rəsmi statistikaya istinad etdiyini bildirərək son 3-4 il ərzində 9-10-11-ci sinif şagirdlərindən 1200 nəfərin abort etdirdiyini qeyd edib. Lakin məsələnin cəmiyyətdə rezonans yaratması aidiyyatı orqanları hərəkətə keçirib.

Dövlət Statistika Komitəsi rəsmi hesabat yayıb. Rəsmi hesabata əsasən, 2012-2016-ci illər ərzində ümumilikdə 308 abort (2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19) məhz 15-17 yaş arası olan qadınları əhatə edir. 2017-ci ilin statistikası isə hələ açıqlanmayıb.

Və nəticədə təhsil eksperti açıqlamasına bir az düzəliş edərək məsuliyyəti sayt üzərinə atıb.

BiG.Az olaraq təhsil eksperti Kamran Əsədovun müsahibədə səsləndirdiyi fikirləri öz dilindən oxuculara təqdim edirik.

Aysel Yusifqızı


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1674 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər