Azərbaycan səhəri ağır qəza xəbəri ilə açdı: Ölənlər var - VİDEO+FOTOLAR

Azərbaycan səhəri ağır qəza xəbəri ilə açdı: Ölənlər var - VİDEO+FOTOLAR
Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BiG.AZ report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.

Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Azərbaycan səhəri ağır qəza xəbəri ilə açdı: Ölənlər var - VİDEO+FOTOLAR
Azərbaycan səhəri ağır qəza xəbəri ilə açdı: Ölənlər var - VİDEO+FOTOLAR
Azərbaycan səhəri ağır qəza xəbəri ilə açdı: Ölənlər var - VİDEO+FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7049 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər