İmtahana gedərkən qəzaya düşən şagirdlərin vəziyyəti necədir? — Xəstəxanadan açıqlama

İmtahana gedərkən qəzaya düşən şagirdlərin vəziyyəti necədir? — Xəstəxanadan açıqlama

Yevlaxda məktəbliləri aparan mikroavtobusun qəzaya düşməsi nəticəsində yaralananların sayı 20 nəfərdir.
Bu barədə “Ölkə.Az”a Yevlax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, qəzadan sonra xəstəxanaya 15 nəfər gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Ağır yaralananlar isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan 2-sinin vəziyyəti ağır olaraq qalır, 3-ünün vəziyyəti isə stabilləşib.

Məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 17-i Aran -1 qəsəbə məktəbinin sınaq imtahanına gedən şagirdləridir. Digər yaralılar isə 1 müəllimə, 1 katibə və sürücüdür.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2258 Tarix: 11.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər