"Aborta görə həkimləri nahaq ittiham edirlər..."

"Aborta görə həkimləri nahaq ittiham edirlər..."

Azərbaycanda son üç ildə 1200-ə yaxın məktəblinin abort etdirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çıxış edən ekspertlərin çox isə məsələnin kökünə varmadan, məktəbdə tərbiyə aparmaq əvəzinə, azyaşlıları abort edən həkimləri ittiham edir.

Bununla bağlı Moderator24.com -un suallarını tibb elmləri namizədi Rəşid Mahmudov cavablandırıb. R.Mahmudov bildirib ki, buna görə ancaq həkimləri ittiham etmək doğru deyil:

“Müsəlman aləmində abort olmamalıdır. Abort etdirənlərin çox qeyri-qanuni münasibətdə olurlar və sonradan da hamilə qalanda abort etdirirlər. Hələ sovet dövründə həkimlərin abort etməsinə icazə yox idi, olmazdı. İlk aborta “göy hamiləlik” deyirlər, bunu abort etmək olmaz. Bu abortdan sonra uşaq olmaya bilər”.

“Əgər bu uşaqlar abort olunmasa və onları dünyaya gətirsələr bəs onda vəziyyət necə olardı?”-sualına R.Mahmudov belə cavab verib:

“Aborta o vaxt icazə verilir ki, anaya zərər olur. Yəni bu uşağı ana dünyaya gətirərkən, dünyasını dəyişə bilər. Qaldı ki, buna görə həkimləri nahaq ittiham edirlər. Siz özünüz də jurnalistsiniz, o ekspertlərə sual verin ki, bəs bu uşaqları dünyaya gətirsələr, necə olacaq?!”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını bildirib. Onun sözlərinə görə, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2068 Tarix: 11.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
More_
More_ 11.03.2018
Elbette Hekimlerin gunahi yoxdu.
Nece deyerler pulunu ver şeklvi cekdir


 
Gunay_meherremova
Gunay_meherremova 11.03.2018
Abort etdirmek gunahdi ama 9,10 cu sinif sagirdi hardan bilirki uwaq nece baxirlar ozleri ele uwaqdi onlarin kuklayla oynayasi vaxtlarinda durub cinsi elaqe yaradirlar bakini pozgunluq basibda


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər