Cəfər Axundzadə: "Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam" - MÜSAHİBƏ

Cəfər Axundzadə: "Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam" - MÜSAHİBƏ"Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadənin "Report"a müsahibəsi:

- Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanuna və ümumiyyətlə, tütün məhsullarından istifadənin məhdudlaşdırılmasına münasibətiniz necədir?

- Demokratik düşüncəli insan olsam da, deməliyəm, bəzi hallarda müəyyən hallara qarşı qadağa lazımdır ki, sonra bu, adət halını alsın. Özüm siqaret çəksəm də, maşında və ya evdə heç vaxt siqaret çəkmirəm. Çünki evdə qızım var. Restorana ailəmlə gedəndə çalışıram ki, elə yerə gedim, orada siqaret çəkilməsin. Hətta bəzən olur ki, uşaqla olanda başqasından siqaret çəkməmək üçün xahiş edəndə pis başa düşürlər. Halbuki, bu, mədəniyyətdir. Təbii ki, siqaret çəkmək çox zərərli vərdişdir. Əgər bu vərdişdən əl çəkə bilmirsənsə, heç olmasa gərək ətrafdakıları bu zərərə düçar etməyəsən. Bu da insanın öz mədəniyyətindən asılıdır. Odur ki, siqaretin çəkilməsi ilə bağlı qoyulan qadağa alqışlanandır. Çünki bu zamanla adətə çevriləcək və bir müddətdən sonra artıq qadağaya da ehtiyac qalmayacaq. Mən 12 il Moskvada yaşamışam. Orada bu qadağa çoxdan tətbiq olunur. Hətta çöldə mənfi 10 dərəcə şaxta olanda belə çıxıb bayırda siqaret çəkirdik. Qərar veriləndə insanlar deyindilər, amma zamanla bu, adət halını aldı. Hətta sonradan qanun bir az da sərtləşdirildi. Məsələn, binanın önündə ancaq müəyyən olunmuş məsafə uzaqlığında siqaret çəkməyə icazə verilir.

- Siqaretin zərərlərini bilə-bilə siz özünüz də istifadə edirsiniz...

- Bəli, siqaretin bütün zərərlərindən xəbərdaram. Amma qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam. Hər zaman bu məsələdə mənimlə mübarizə aparan məhz qızımdır. Onun israrlarından sonra hətta siqareti az çəkirəm. Təəssüf ki, işimə görə tam tərgidə bilmirəm. Əslində, insanların "əsəbimdən çəkirəm" deməsi boş bəhanədir. Əsəbləşən zaman saqqız çeynəmək və ya çay içmək də olar.

Cəfər Axundzadə: "Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam" - MÜSAHİBƏ- "Siqaret çəkmə, film çək" müsabiqəsinin münsiflər heyətinin üzvü kimi, sizcə, hansı filmlərin çəkilməsi daha maraqlı olardı?

- Müsabiqəyə təqdim olunan bütün işləri maraqla gözləyirəm. Əvvəldən müsabiqəyə hansı formatda filmlərin olması məsələsini müzakirə edəndə hər hansı məhdudiyyətin nəzərdə tutulmamasını təklif etdim. Yəni, çərçivə olmamalıdır. Hər kəs fikrini rəssam kimi ifadə edə bilməlidir. Əsas odur ki, mövzudan kənara çıxılmasın. Təqdim olunan işlər animasiya, film, qısa rolik, bir-iki sosial kadr da ola bilər. İstəyimiz lazım olan mesajı çatdırmaqdır. Çünki bəzən elə olur ki, insanlar 3 saatlıq film çəkirlər, lakin fikrini çatdıra bilmir. Ancaq elə insan da var ki, 5 saniyədə fikrini çatdırır. Odur ki, qısametrajlı filmlərə daha çox maraq göstərmişəm. Çünki burada fikri çatdırmaq çox çətin olur. Gərək həmin şəxs daha peşəkar olsun və işinə ağılla yanaşsın. Bu səbəbdən hesab edirəm ki, müsabiqə çərçivəsində maraqlı işlər görəcəyik.

- Bu günə qədər müsabiqəyə hansı maraqlı ideyaların yer aldığı layihələr təqdim olunub?

- Bəzi işlərlə tanış olmuşam. Hətta onların içərisində animasiya filmləri də izləmişəm. Düzdür, bizim mövzu ilə əlaqəsi yox idi. Bir faktı da qeyd edim ki, Azərbaycanda animasiya yox dərəcəsindədir. Tək-tək insanlar qalıb ki, bu işlə məşğul olsun. Məsələn, tammetrajlı animasiya filminin ərsəyə gəlməsi 2-3 il çəkir. Təbii ki, bu da çox sərmayə istəyir. Bu gün filmlərin çoxu kommersiya xarakterli çəkilir. Amma, bu, belə olmamalıdır. Təbii ki, bir çox sponsorlar belə işə maraqlı olmur. Lakin motivasiya xarakterli filmlərin çəkilişi zamanı nəticədə peşəkarlar meydanda qalacaq. Bu gün yağ, pendir, kolbasa satanlar əllərinə pul düşən kimi film çəkmək istəyirlər. Hər kəs gərək öz işini görsün. Çoxu elə bilir ki, burada pul var. Başları daşa dəyəndən sonra görürlər ki, hər şey təkcə pulla həll olunmur.

Azərbaycan kinosuna dövlət tərəfindən lazımi dəstək verilir. Amma əvəzində ortada tutarlı film görmürük. Bilirik ki, dövlət maliyyəsi ilə çəkilən film dövlətin imicinə və ya sənət üçün çəkilməlidir. Məsələn, dövlətin maliyyəsi ilə heç vaxt "Kəklikotu" filmini çəkmək olmaz. Bu, ayıb olar.

Kino nə qədər çox çəkilsə o qədər ələnmə olacaq. Keçən il Azərbaycanda istehsal olunan kommersiya filmlərinin sayı çox idi. Amma onlardan 5-6-sı tutarlı oldu. Televiziya və kino zövqü formalaşdırmalıdır.

Cəfər Axundzadə: "Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam" - MÜSAHİBƏ- Ətrafınızda kifayət qədər tanınmış sənət adamları var. Onlardan bu müsabiqənin geniş auditoriyaya çatdırılması işində kömək istəyə bilərsiniz. Hansı tanınmış simalar bu işdə uğurlu seçim ola bilər?

- Bu işdə təkcə tanınmış insanlar deyil, hər kəs həmrəy olmalıdır. Bu sahədə daha çox ziyalıların üzərinə iş düşür. Çünki onlar hər zaman nümunə olurlar. İnanıram ki, Azərbaycan əhalisi bu işin nə qədər xeyirli olduğunu bilir və bizə yardımçı olacaq.

- Ümumilikdə bu müsabiqənin töhfəsi nə olacaq?

- "Siqaret çəkmə, film çək" müsabiqəsi daha sağlam Azərbaycan gələcəyinin böyüməsinə zəmin yaradacaq.

- Siz eyni zamanda "Cinemazadeh" studiyasının baş direktorusunuz. Studiyanın təşəbbüsü ilə bir çox yerli filmlər çəkilir. Yaxın gələcək üçün hansı yeni layihələr icra olunacaq?

- Bizim studiya bir ildir fəaliyyət göstərir. İlk vaxtlarda dublyaj studiyası kimi professional formada kinoteatrlar üçün xarici filmləri Azərbaycan dilinə tərcümə edirdik. Əvvəl bizə heç kim inanmırdı, amma zamanla uğurlu iş ortaya qoyduq. Bu il də dublyajı dayandırmayacağıq. Qeyd edim ki, hansı ölkədə yaşasan da, hər bir Azərbaycan vətəndaşı ana dilini səlis bilməlidir.

Dublyajdan sonra film çəkmək qərarına gəldik. İlk filmimiz "Təhmin və Zaur" oldu. İkinci filmimiz "Kəklikotu" idi, hansıki çox maraq doğurdu. Sözün düzü, bu qədər maraq gözləmirdik. Bu film aktyor heyətinə görə də öz sözünü dedi. Bir film də Türkiyədə lentə aldıq. Bu ekran işi "Çat kapı aşk" adlanır. Film hazırda montajdadır. Filmdə tamamilə türk aktyorları (Müge Boz, Nergiz Kumbasar, İbrahim Selim və s.) çəkiliblər. Azərbaycandan yalnız Elməddin Cəfərov çəkilib. Çəkilişlər yayda İstanbulda baş tutub. Ümid edirəm ki, film bu ilin payız aylarında ekrana çıxacaq.

Növbəti layihəmiz olan "Qış nağılı" filminin çəkilişlərinə başlanılacaq. Bu film "Kəklikotu"ndan daha uğurlu olacaq. Düşündük ki, bu vaxta kimi Azərbaycanda kino tarixində komediya janrında yeni il gecəsi barədə filmimiz çəkilməyib. "Qış nağılı" filmində Əbdül Mahmudov, Elməddin Cəfərov, İslam Mehrəliyev, Murad Dadaşov, Dilarə Kazımova ("Eurovision" təmsilçimiz) və başqaları rol alacaqlar.

Bundan başqa, yeni layihəmiz olan "Şairzadə"nin çəkilişlərinə start verəcəyik. Bu həftənin ikinci günü çəkiliş olacaq. İlk çəkilişdə Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" şeirindən qısa parçanı Şamil Süleymanov təqdim edəcək. İlk mərhələ üçün 10 Azərbaycan şairinin (Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s. ) şeiri seçilib. Hər şeir fərqli formatda səsləndiriləcək. Hər şeir ayrı-ayrılıqdı mini film olacaq. Aktyorlar şeirləri adət etdiyimiz formatda təqdim etməyəcəklər. Şeirlər Azərbaycan telekanalından birində və internetdə yayımlanacaq. Əgər layihə uğur gətirsə, davamı gələcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1582   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023