Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə günlük yekun məlumat
2018-ci il fevralın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.
Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilib. Mingəçevirdə isə müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq.
Gün ərzində keçirilməsi nəzərdə tutulan 115 müsahibədən 65-i baş tutmuş, 50 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 25-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 2 nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilib.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 405 Tarix: 24 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523