Gün ərzində 103 cinayət işləndi: 60 nəfər saxlanıldı - Azərbaycanda

Gün ərzində 103 cinayət işləndi: 60 nəfər saxlanıldı - Azərbaycanda

Daxili İşlər Nazirliyi fevralın 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

BiG.AZ xəbər verir ki, daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub. Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 186 Tarix: 24.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər