Azərbaycanda dəhşət — Kişini borca görə diri-diri basdırdılar

Azərbaycanda dəhşət — Kişini borca görə diri-diri basdırdılar
Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb.

Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar.
Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2071 Tarix: 23.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ogul
ogul 24.02.2018
Borc eliyende bilmirdi ki, qaytarmayanda burnundan tokecekler?!


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər