"Azərbaycan Hava Yolları" QSC və "Boeing" əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - FOTO

"Azərbaycan Hava Yolları" QSC və "Boeing" əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - FOTOAZAL aviaşirkətinin dəvəti ilə "Boeing Commerical Airplanes" şirkətinin Prezidenti və Baş icraçı direktoru Kevin Makalister fevralın 22-də Bakıya işgüzar səfərə gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, danışıqlar zamanı tərəflər "Azərbaycan Hava Yolları" QSC və "Boeing" Korporasiyası arasında çoxillik əməkdaşlıq çərçivəsində yaranan möhkəm tərəfdaşlıq münasibətlərindən razılığını bildirib.

AZAL aviaşirkətinin Prezidenti Cahangir Əsgərov qeyd etmişdir ki, "Boeing" Korporasiyası ilə əməkdaşlıq strateji xarakter daşıyır. 2000-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev göstərişi ilə ilk dəfə olaraq "Azərbaycan Hava Yolları"nın təyyarə parkına Qərb istehsalı "Boeing 757-200" təyyarələr əlavə edilib. Həmin dövrdə "Boeing" Korporasiyası təlimatçı heyət və proqram təminatı vasitəsilə bu tip təyyarənin öyrənilməsi və xidmət olunması, həmçinin "B757/767" təyyarələri üçün yerüstü trenajorların öyrənilməsi işində böyük köməklik göstərib.

Sonrakı illərdə mülki aviasiyaya böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında AZAL-ın donanmasına "Boeing 767-300ER" hava gəmiləri, daha sonra isə ən müasir "Boeing 787 Dreamliner" laynerləri əlavə edilib.

Sərnişin daşımalarının uğurları ilə yanaşı, ölkənin yük aviadaşımaları da dinamik inkişaf edir. Azərbaycanın milli yük aviadaşıyıcısı "Silk Way Airlines" 2010-cu ildən etibarən hava gəmiləri parkını "Boeing 747 F" tipli yük təyyarələri ilə zənginləşdirmiş, 2014-cü ildən etibarən isə aviaşirkət ən yeni "Boeing 747-8F" yük təyyarələrini istismar etməyə başlamışdır ki, bu ona beynəlxalq yük daşımalarının aparıcı oyunçularından biri olmağa imkan verib.

Yaxın vaxtlarda "Azərbaycan Hava Yolları"nın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. AZAL və "Boeing" arasında imzalanmış sazişə əsasən, 2018-ci ildən etibarən Azərbaycana "Boeing 737 MAX" təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq. 2022-ci ilin sonunadək ölkəyə daha 4 ədəd "Boeing 787-8" tipli təyyarənin gətirilməsi gözlənilir.

Öz növbəsində, Kevin Makalister "Boeing" və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirib və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Danışıqlar zamanı həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ "Boeing" təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulub.

Səfər çərçivəsində qonaqlar son illərdə tikilmiş və yenidən qurulmuş Azərbaycanın mülki aviasiya obyektləri ilə – Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1), "Baku Cargo Terminal" yük terminalı, "Silk Way Business Aviation" biznes aviasiya terminalı, bütün növ hava gəmiləri təmiri və xidməti kompleksi "Silk Way Technics" və digərləri ilə tanış olub.

"Azərbaycan Hava Yolları" MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə təxminən 40 istiqamətdən ibarətdir. 2017-ci ildə "Azərbaycan Hava Yolları" 2,2 milyondan çox sərnişin daşıyıb.

AZAL aviaşirkəti hazırda "Boeing 787", "Boeing 767", "Boeing 757", həmçinin "Airbus 340", "Airbus 320", "Airbus 319" və "Embraer 190" tipli təyyarələri istismar edir.

Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın ən mötəbər konsaltinq şirkəti "Skytrax" AZAL-a nüfuzlu "4 ulduz" reytinqi verib.
AZAL mənzil-qərargahı Bakıda, beynəlxalq standartların tələblərinə cavab verən Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. 2017-ci ilin mart ayında " Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşı hava limanlarının siyahısına başçılıq edərək nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb, həmçinin növbəti dəfə yüksək "4 ulduz" səviyyəsinə uyğunluğunu təsdiqləyib.

"Azərbaycan Hava Yolları" QSC və "Boeing" əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 485   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839