Səudiyyə Ərəbistanı və İndoneziya ilə gələcək əməkdaşlıq müzakirə olunub - FOTO

Səudiyyə Ərəbistanı və İndoneziya ilə gələcək əməkdaşlıq müzakirə olunub - FOTOİslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees və İndoneziya Respublikasının işçi qüvvəsi naziri Muhammed Hanif Dhakiri ilə görüşlər keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, Ali bin Nasser Al Ghafees ilə görüşdə S.Müslümov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında İƏT çərçivəsində əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Nazir ölkəmizdə əmək bazarı və icra olunan aktiv əmək bazarı proqramları, işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün aparılan işlər, əmək və sosial müdafiə sahələrində qurulan innovativ əsaslı iş mexanizmləri barədə məlumat verib. O həmin sahələrdə ikitərəfli formatda da əməkdaşlığın qurulması və inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib. Ali bin Nasser Al Ghafees iki ölkə arasında daim inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edib, əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanla əməkdaşlığı gücləndirmək marağında olduqlarını diqqətə çatdırıb.

Muhammed Hanif Dhakiri ilə görüşdə S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində, işçi qüvvəsinin bacarıqlarının artırılmasında təcrübə və bilik mübadilələrinin aparılmasının səmərəli ola biləcəyini bildirib. Muhammed Hanif Dhakiri ölkəsinin əmək bazarında özünü göstərən dəyişikliklərə uyğun şəkildə aparılan işləri diqqətə çatdırıb. O, əmək və məşğulluq, əmək bazarının tənzimlənməsində fəal əməkdaşlığın həyata keçirilməsinə xüsusi önəm verdiklərini vurğulayıb.

Görüşlərdə İƏT-in Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əlaqələrin genişlənməsi baxımından mühüm rol oynayacağı vurğulanıb. Mərkəzin Nizamnaməsinin Səudiyyə Ərəbistanı və İndoneziya tərəfindən də imzalanmasının nəzərdə tutulması ilə əlaqədar bu mövzuda hər iki görüş zamanı fikir mübadiləsi aparılıb.

Həmçinin qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq məsələləri, yeni hazırlanan "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun və "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" layihələri müzakirə olunub.
Görüşlər zamanı S.Müslümov Ali bin Nasser Al Ghafeesi və Muhammed Hanif Dhakirini ölkəmizə işgüzar səfərə dəvət edib.

Səudiyyə Ərəbistanı və İndoneziya ilə gələcək əməkdaşlıq müzakirə olunub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 305   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133