3 həftə əvvəl ana olan müğənni öldürüldü - FOTO

3 həftə əvvəl ana olan müğənni öldürüldü - FOTO

Diş həkimi 3 həftə əvvəl doğum edən model xanımını öldürüb, sonra da intihar edib.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda 3 həftə əvvəl doğum edən model Anastasia Cecati həkim əri tərəfindən bıçaqlanaraq öldürülüb.

31 yaşlı xanımını qətlə yetirən Alexei Mitachi daha sonra yaşadığı binanın 7-ci mərtəbəsindən atlayaraq canına qəsd edib.

Xilasetmə dəstələri Anastasiyanın evindən onun qanlı cəsədini və 20 günlük körpəsini tapıblar. Körpə xəstəxanaya çatdırılıb.

Anastasiya 16 yaşından modellik edir. Həmçinin müğənnilik və aktrisalıq ilə məşğul olan Anastasiya GQ, Playboy və Maxim kimi jurnallar üçün fotosessiya da etdirib.

"Las Fierbinti" serialına çəkilən Anastasiya Rumanyadakı "Romania's Euro Sexy" müsabiqəsində ikinci yer tutub.

Anastasiya ötən il stomotoloqa gedəndə Aleksey Mitaçi ilə tanış olub və onlar ailə qurublar.
Aleksey model ilə evlənəndə onun birinci xanımından 4 yaşlı övladı olub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1500 Tarix: 23.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər