Çörəklə bağlı əhaliyə ciddi xəbərdarlıq

Çörəklə bağlı əhaliyə ciddi xəbərdarlıqMəlumdur ki, Azərbaycanda xeyli sayda çörək istehsalı müəssisəsi fəaliyyət göstərir.

Ən çox istehlak edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir. Yəni, çörək istehsalında birmənalı olaraq, yuxarıda sadaladığımız tələblərə əməl edilmir, məhəl qoyulmur. Nəinki, bölgələrdə, eləcədə də, paytaxtda yol kənarlarında üst-başı çirkli adamların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması - bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır. Artıq hətta buna reaksiya verməyib, göz də yumuruq.

Azərbaycanda çörək də daxil olmaqla qida təhlükəsizliyi sahəsində uzun illərdir hökm sürən bu cür vəziyyəti aradan qaldırmaq üçün geniş səlahiyyətlərə malik olan yeni dövlət strukturu - Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu baxımdan agentliyin çörək istehsalı və satışında gigeyenik normaların genişmiqyaslı pozulmasına qarşı necə mübarizə aparacağı maraqla gözlənilməkdədir.

Çörək bazarındakı vəziyyəti Cebhe.info-ya şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hazırda istənilən şəxs çörək istehsalı ilə məşğul ola bilir. Amma çörəkbişirmə müəssisələrinin əksəriyyətində vəziyyət ürəkaçan deyil:

"Çörək satışı, bazarın ən liberallaşmış bir seqmentidir. Kim harada, nədən istəsə, çörək düzəldir, alır-satır, təndirdə bişirir və sair. Bu bizneslə məşğul olanlara heç bir maneə yoxdur. Lakin söhbət açdığımız biznesin azadlığından sui-istifadə olunur. Təndir yerlərində tərkibi məlum olmayan, vaxtı keçmiş unlardan, yola səpilən duzların qatıldığı müxtəlif çörəklər görürük. Bolluq yaxşıdır, lakin təhlükəsizlik baxımından əlbəttə təhlükəlidir. Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Qanunun olmadığı şəraitdə də çörəklərdə problem var. Bəzən də çörəyə mayanı çox vurub, şişirdirlər. Bəzən də görürsən deyirlər ki, çörəyi aylarla saxlayırsan, amma qurumur. İndi təsəvvür edin ki, bunun təkibinə nələr qatılır ki, çörək qururmur. Tez xarab olan, kiflənən çörəklər isə kimyalaşmış çörəklərdir. Çörəklərin saxlanma müddəti 72 saatdan artıq deyil. Bundan sonra əslində, çörək qurumalıdır. Lakin bu, baş vermir. Daşınmasında da ciddi problemlər var. Çörəyi kim nəyin içərisində, necə gəldi daşıyır. Qida Təhlükəsizliyi Agentliyi bu işlərə son qoyacaq. Bu agentliyin işçiləri ilə görüşmüşük, onlara təkliflər vermişik. Lakin təəssüflər olsun ki, dövlət vəzifəsinə təyin olunan insanın nədənsə ayağı yerdən üzülür. Arzu edirəm ki, bu agentlik cəmiyyətin içərisində olsun. Çünki hamı qidalanır".

Ekspert keyfiyyətsiz çörəklərin insan həyatı üçün törətdiyi ciddi fəsadlardan da danışıb:

"Yola səpilən duzlardan və digər mənşəyi bilinməyən qatqıların vurulduğu çörəkləri istehlak edən insanlarda ciddi mədə-bağırsaq xəstəlikləri əmələ gəlir. Amma insanlar bunu hiss etmirr. Çörək azərbaycanlıların çox istehlak etdiyi qida məhusllarından birincisidir. Təbii ki, keyfiyyətsiz çörəkdən davamlı istifadə kütləvi zəhərlənmə, oyanaqlarda ağır metalların toplaşması kimi ciddi fəsadlara gətirib çıxara bilər. Bu hal tədricən baş verdiyi üçün insanlar orqanizmlərində yaranan bu kimi təhlükəli məqamların çörəkdən olduğunu anlamır. Bundan başqa, çörəyin maşınların yük yerində daşınması da problemdir, baxmayaraq ki, bununla bağlı irad və təkliflər verilib. Qida məhsullarının heç birinə əllə toxunmaq olmaz. Çörəyə əllə toxunmaq məhsulu əlavə çirkləndirməyə məruz qoyur. Çörək daşınarkən çirkləndirildikdə qida xəstəliklərinə yoluxmaq mümkündür. Yəni, bu məhsulun daşınması prosesinə səthi yanaşmaq olmaz. Çörək xüsusi maşınlarda daşınmalıdır, həmin avtomobildə başqa ərzaq məhsullarının daşınmasına icazə verilmir. Üstəlik, bu maşınlar həftədə bir neçə dəfə təmizlənməli, yuyulmalıdır. Məhsula əllə də toxunmaq olmaz, mütləq əlcəkdən istifadə etmək lazımdır. Əks halda, təmas yolu ilə yoluxan infeksiya və viruslar çörəyə düşür, oradan da həzm sisteminə ötürülür. Bundan başqa, çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Qaydalara görə nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Amma sürücü sükan arxasından durub əllərini yumadan çörək daşıyır. İndi yediyimiz çörəyin nə qədər çirklənməyə məruz qaldığını siz təsəvvür edin".

AİB sədri onu da əlavə edib ki, araşdırmalar zamanı bəzi çörək istehsal müəssisələrinin istehsal etdiyi məhsulun keyfiyyətinin aşağı olması çörəyin bişirilməsində istifadə olunan unun tərkibilə bağlı olduğunun məlum olduğunu deyib:

"Keyfiyyətli buğdalar hamısı dəyirmanlarda un kimi üyüdülüb çörəkbişirmə müəssisələrinə paylanılıb. İndi qalanlar hamısı köhnəlmiş, bit basmış buğdalardır. Hətta, ötən yay dəyirmanda üyüdülmüş unların da keyfiyyəti qaldıqca aşağı düşür. Problemin kökü məhz vaxtı keçmiş, bit basmış buğda və undan istifadə olunmasındadır. Belə unlar ucuz qiymətə satılır. Əla növ, birinci növ və ikinci növ unlar var. Bizim bəzi çörəkbişirmə müəssisələrində istifadə olunan un heç ikinci növə də uyğun deyil. Qab-qacağın, divarın, sobanın təmiz, təzə olması hələ yetərli deyil. Əsas çörəkbişirmədə istifadə olunan un, yağ və duzun tərkibidir. Un, yağ və duz keyfiyyətsiz olanda təbii ki, çörək də dadsız, xoşagəlməz olacaq".

Mənbə: cebhe info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3092   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672