Polis qardaşını qətlə yetirən Əli: "Murad atamı qadınlarla şantaj edib özünə ev aldırmaq istəyirdi…"

Polis qardaşını qətlə yetirən Əli: "Murad atamı qadınlarla şantaj edib özünə ev aldırmaq istəyirdi…"Bakıda doğma qardaşların uzun sürən ailədaxili narazılıqları qətllə nəticələnib. Kiçik qardaşın hikkəsi və yaşca özündən böyük qardaşa həsəd aparması onu dəmir barmaqlıqlar arxasına, ailə qurmağa hazırlaşan qardaşı, 34 yaşlı Muradı isə qəbrə aparıb.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin avqustunda baş vermis bu ailə dramı ilə bağlı istintaq tamamlanıb, iş üzrə məhkəmə prosesi başlayıb. Ötən gün fevralın 21-də qardaş qatili Əli Əliyevin işi üzrə ilk məhkəmə dinləmələri keçirilib.

Cinayət işinin materiallarına əsasən qardaşına 23 zərbə endirən 27 yaşlı Əli evdən qaçıb və sonradan Xocahəsən qəsəbəsi ərazisindəki "təpəlik"də qalıb. Polislər bir həftədən sonra onu "Göl" adlanan ərazidə huşsuz vəziyyətdə taparaq xəstəxanaya aparıblar.

İttihama görə, Əli Əliyev valideynlərinin daha çox qardaşı Murada diqqət göstərməsinə, onun ailə qurmağa hazırlaşmasına, yeni tikilən binalardan mənzil almaq üçün ata-anasının ona pul vermək istəməsinə həsəd aparıb. Bu səbəbdən qardaşlar arasında ədavət yaranıb. Qardaşını öldürməyi planlaşdıran Əli Əliyev ötən ilin avqust ayının 19-da yaşadıqları mənzildə (Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 25) idmanla məşğul olan Murada qəflətən arxadan hücum edərək bıçaqla ona 23 zərbə endirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əli Əliyev istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində ata-anası və ortancıl qardaşı Muradla bir evdə yaşadıqlarını deyib. Əlinin Çevik Polis Alayında polis serjantı işləyən qardaşı ilə münasibətləri korlanıb, son üç-dörd il ərzində qardaşlar ümumiyyətlə bir-birlərini dindirməyiblər.

Əlinin ifadəsinə görə, guya qardaşı Murad atası Ramazanı başqa qadınlarla görüşdüyünə görə şantaj edərək özünə iş qurmaq, yaşadıqları evi satdıraraq yeni tikililərdən özünə ev aldırmaq istəyib. Atası da Muradın dediyi ilə oturub-durub: "Atamın Sumqayıt parkında attraksionları var. Yay aylarında orada işləyirdim. Murad imkan vermirdi ki, atam mənə də şərait yaratsın. Hər şeyi özü əldə etmək istəyirdi. Mənim özümün normal qazancım olmurdu".

Hadisə baş verən gün nə vaxta kimi işsiz, evsiz qalacağını düşünən Əli Murada işə girmək və evlənmək istədiyini bildirib. Murad "mənim özüm də yaxşı işdə deyiləm, serjant işləyirəm, ev alıb evlənmək fikrindəyəm" cavabını verib. Qardaşının cavabını özlüyündə götür-qoy edən Əli düşünüb ki, ona ev alınmasına, iş tapılmasına Murad imkan verməyəcək, əksinə maneçilik yaradacaq. Və Murad yerdə oturub üzü televizora tərəf baxan zaman Əli arxadan yaxınlaşaraq ona ardıcıl bıçaq zərbələri endirib.

"Murada on bıçaq vursam da, ayağa qalxıb mənimlə tutaşmaq istəyirdi. Həmin vaxt eyvanda olan anam səsə gəlib təcili yardım çağırdı. Anam qardaşıma vurduğum son bir-iki bıçaq zərbəsini gördü"-Əli ifadəsində deyir.

Anasının qışqırıq səsinə qonşuların gələcəyindən ehtiyatlanan Ə.Əliyev evdən qaçıb. Bir həftə Xocahəsən qəsəbəsindəki təpəlik ərazidə qalıb. Avqustun 10-da qəsəbədəki "Göl" adalanan yerə gələn Əli elə oradaca da huşunu itirib. Polis əməkdaşları onu Maştağa qəsəbəsindəki xəstəxanaya yerləşdiriblər. İki gündən sonra isə xəstəxanadan çıxarılıb, polis idarəsinə gətirilib.

İstintaq zamanı ailə üzvləri Əlinin dediklərini təkzib ediblər. Onların ifadələrindən belə məlum olub ki, əksinə, Muradı evləndirdikdən sonra Əliyə də şərait yaratmağa hazırlaşırdılar.

Təqsirləndirilən şəxsin, həmçinin mərhumun atası Ramazan Əliyev istintaqa verdiyi ifadəsində oğlu Muradın onu heç vaxt şantaj etmədiyini, heç bir qadına görə ailəsində narazılıq olmadığını, övladlarına bacardığı qədər sərait yaratmağa çalışdığını, ortancıl oğlunu evləndirdikdən sonra Əliyə də toy etmək niyyətində olduğunu deyib.

"Murad yaşadığımız evi satıb yeni tikilidən ev almaq istəyirdi, mən də razılaşdım. Sulutəpə qəsəbəsində də geniş evimiz var. Əli həmin evdə də rahat yaşaya bilərdi. Muradı evləndirdikdən sonra ona da toy edəcəkdim. Avqustun 3-də mən Sulutəpədəki evdə olarkən qonşular zəng vurub Əlinin Muradı qətlə yetirdiyini dedilər"-dərdli ata danışıb.

Oğlanlarından biri dəmir barmaqlıqlar arxasına, digəri məzara gedən ana Gülzar Əliyeva isə məhkəmə prosesi zamanı hadisənin adi bir mübahisə üstündə baş verdiyini, kiçik oğlunun əsəbi olduğunu, onun bəzən qardaşı ilə məişət məsələlərinə görə mübahisə etdiklərini söyləyib. Hadisə günü baş verənlər haqda danışan G.Əliyeva deyib ki, mətbəxdə olarkən övladlarının mübahisəsini eşidib. Ana bu zaman övladlarının həmişə olduğu kimi mübahisə etdiklərini düşünüb. Muradın qışqırdığını eşidən zaman isə otağa gedib:"Gördüm ki, otaq qandır. Murad da yıxılıb. Əli orda yox idi. Qışqırmağa başladım. Təcili yardım çağırdım".

G.Əliyeva qeyd edib ki, təqsirləndirilən oğlunun psixi problemləri var. O, oğlunun uşaq vaxtı yıxıldığını və başından ağır xəsarət aldığını deyib: "Moskvada təhsil alırdı. Bir müddət sonra Bakıya qayıtdı. Evdə görürdüm ki, başını yun şalla bağlayır. Səbəbini soruşurdum. Deyirdi ki, başı möhkəm ağrıyır. Düşünürdüm ki, bəlkə Moskvada nədənsə qorxub, dalaşıb. Deyirdi ki, heç nə olmayıb. Əli atasının sağ əli, qardaşı da sol əli idi. İndi atasının hər iki qolu da yoxdur...".

Məhkəmə təqdirləndirilən Əli Əliyevə də ifadə verməyi təklif edib. Hakim Ə.Əliyevin qapalı məhkəmə iclasında dindirilməsi barədə qərar verib.

Məhkəmə prosesi davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 2339
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 892
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 155
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 351
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 290
.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1970
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17.04.2024 385
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 247
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatını

17.04.2024 458