"Mehriban xanım cənab prezidentə bir nömrəli dayaqdır" - Siyavuş Novruzov

"Mehriban xanım cənab prezidentə bir nömrəli dayaqdır" - Siyavuş NovruzovFevralın 21-də Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezident təyin olunmasının 1 ili tamam olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezident təyin edilib.

BiG.AZ xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a Mehriban Əliyevanın birinci vitse-prezident postundakı fəaliyyətinən danışıb. S.Novruzovbildirib ki,Mehriban Əliyavanın birinci vitse-prezident təyin edilməsi Azərbaycanın çox böyük uğurudur.

"Çünki Mehriban xanım birinci vitse-prezident təyin olunmazdan əvvəl Azərbaycanın ictimai –siyasi, mədəni, sosial həyatında çox önəmli və mühüm rol oynayan bir siyasi xadimdir. Həmçinin, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan, Azərbaycan həqiqətlərini bütün dünyada tanıdan, Azərbaycan mədəniyyətin, incəsənətin və ölkəmizin ən əsas problemi olan Dağlıq Qarabağ problemini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdıran bir siyasətçidir. Mehriban xanım həmin addımları indiyə qədər də atır. Öz dövlətinin, xalqının, millətinin rifahı üçün hansı addımlar lazımdı, o addımlar Mehriban xanım tərəfindən atılıb. Mehriban xanımın humanist addımları da çox geniş və şaxəlidir. Azərbaycanda ən böyük amnistiya aktı məhz Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nə qədər ürək, əsəb, həmçinin digər problemi olan uşaqların məsələsi həll edilib. Onların müalicəsi üçün bütün addımlar atılıb. Həmçinin, Heydər Əliyev Fondu vasitəsilə Azərbaycanda bir çox xəstəxanalar, məktəblər və digər iaşə obyektləri tikilərək, insanların istifadəsinə verilib".

Siyavuş Novruzov xatırladıb ki, Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra ilk görüşünü məhz qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı olan müşavirəyə həsr edib.

"Bunun da bariz nümunəsi göz qarşısındadır ki, qəzalı vəziyyətlərdə olan binalarda yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar kifayət qədər lazımlı addımlar atılıb. Mehriban xanım həmçinin Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavinidir. Partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanımın rolu çox böyükdür. Mehriban xanım cənab prezident İlham Əliyevə bir nömrəli dayaqdır.

Ona gələcək fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Tam əminliklə deyə bilərik ki, Mehriban xanım bundan sonra da Azərbaycan xalqının taleyüklü məsələlərində əhəmiyyətli rol oynayacaq və bu işlərin həyata keçməsində Azərbaycan maraqlarını sona qədər müdafiə edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1050   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 59
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 17
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 474
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 290
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 291
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 528
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 237
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 227
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 821