Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)

Dəbin Kraliçası: Bricit Bardo
Ad: Bricit Ann-Mari Bardo
Doğum tarixi: 28 sentyabr 1934
Doğum yeri: Paris, Fransa
Aktrisa karyerası: 1952-1973
Heyvan haqları müdafiəçisi: 1973-…
Mükafatlar: 1967 Viva Mariya (Bafta)

Bricit Bardo 15 yaşından etibarən fotomodel kimi "Elle" jurnalına pozalar verməyə başlamışdı. 1952-ci ildə isə ilk dəfə özünü aktrisa kimi "Normandiya dəliyi" filmində sınadı. Bardo elə həmin il də özünün rol aldığı "Və Tanrı qadını yaratdı" filminin ssenari müəllifi Rocer Vadimə ərə getdi.
O, açıq paltarlar, qısa yubkalar geyinirdi, bu isə əxlaqlı burjuaziyanı şoka salırdı. Ondan Fransanın milli simvolu olan Mariannanın büstünü düzəltdilər, Vatikan isə Bardonu günah təcəssümü elan etdi.
Məşhurluq Bardonu fanatiklər ordusunun obyekti etdi. Hər kəs onun kimi olmağa çalışdı, hamı onu yamsılamağa başladı, qadınlar onun kimi gəzməyə, gülməyə, jestlər etməyə, geyinməyə, saç düzümü etdirməyə və makiyaj etməyə başladılar.
Bardo Fransa cəmiyyətində bikinini dəbə salan şəxs oldu. Onun toy günündə geydiyi gəlinlik paltarı xitə çevrildi. Onun saç düzümü də dövrünün xitinə çevrilmişdi.
Bardo qadınlara çəhrayı rəngli pomadanı, müxtəlif kosmetik vasitələri, yeni makiyaj üsulunu bəxş etdi.
1973-cü ildə tamaşaçıların, pərəstişkarların qəlbində qalmaq üçün gənc, cazibədar aktrisa kinodan getdiyini açıqladı. Aktrisa kino karyerası boyunca 48 filmdə rol almışdı.
Aktrisa karyerasına son qoyandan sonra Bardo heyvan haqları müdafiəsi ilə məşğul olmağa başladı, o bununçün xeyriyyə fondu da yaratdı.
Amma gənc Bardonun obrazı 20-ci əsrin ikonası kimi hər kəsin qəlbində yaşadı. Və onla heç kim rəqabətə girmək barədə düşünmədi…

Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)Və Tanrı Bricit Bardonu yaratdı... (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 3164   Tarix: 29 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş