Türkiyəli məşhur mügənni Bakıya köçür: Şirkət açacaq

Türkiyəli məşhur mügənni Bakıya köçür: Şirkət açacaq
Türkiyəli müğənni Petek Dinçöz bir müddətlik Bakıya köçəcək.

BiG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bunun üçün paytaxtımızda kirayə ev axtarır. Dinçözün səfərinin məqsədi burada biznes qurmaqdır. O, Bakıda şirkət açmağı planlaşdırır.

Petek eyni zamanda azərbaycanlı bəstəkar Kəmalə Qasımova ilə çalışır. Müğənni bəstəkarın “Kabusun olurum” adlı mahnısını oxuyub.

Oğlu İrfan Aslan dünyaya gəldikdən sonra musiqiyə fasilə verən Dinçöz geri dönüşünü də bu mahnı ilə edəcək. Bəstə martda işıq üzü görəcək.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1311 Tarix: 22.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər