Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi? - VİDEO

Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi? - VİDEOTanınmış avtoritet Rövşən Lənkəranski ilə bağlı yazılarımız oxucuların marağına səbəb olduğundan biz də silsilə yazılarımıza davam edirik.

BiG.AZ xəbər verir ki, moderator.az bu dəfə sizə Lənkəranskinin atasının qatilini məhkəmədə hansı sözə görə güllələdiyi barədə məlumat verəcək. Bu vaxta qədər bununla bağlı müxtəlif versiyalar irəli sürülsə də, əlimizdə olan istintaq materiallarından sonra məlum olur ki, əslində deyilənlərin heç biri həqiqəti əks etdirmir. Bəs onda Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələyib?!

Rövşən Canıyev (Lənkəranski) Lənkəranda çox tanınmış bir nəsildən olan Eynəli kişinin nəvəsidir. Bu kişi oğlu Rafiqin qətlindən sonra çox yaşamayıb. Heç kəsin gözləmədiyi bir gündə vəfat edib. Bir müddət Lənkəranın Kiçik Bazarında Canıyevlər məhəlləsində toy-düyün yığışdırılıb. Canıyevlər məhəlləsi Kiçik Bazarda o qədər də geniş olmayan məhəllə olmasa da, günahsız qətlə yetirilmiş Rafiq Canıyevdən sonra daha üzgün və qaşqabaqlı görünürdü. Canıyevlər məhəlləsi Kiçik Bazarda Müdriklər məhəlləsi də adlanıb.

1992-ci ilin 21 may tarixində Rövşən Lənkəranskinin atası Rafiq kişi qətlə yetiriləndə Lənkəranda sanki tufan qopdu. Xəzər dənizi bir gecədə təqribən yarım metr qalxdı, ətraf kəndlər, o cümlədən onun atasına əl qaldıran, onu günahı olmadan öldürən kənd sakinin (Şahağaclı Quliyevlərin) yurd-yuvası viran qaldı, kəndləri sel apardı, evlər su altında qaldı. Lənkəran tarixini yazan Axund Əlinin qeydlərinə istinadən Rövşən Lənkəranskinin ata babasının ölüm günü də Lənkəranda öz-özünə meşələr od tutub, yanırdı. Hər yerə ildırım düşüb, kişinin həyət-bacası, bağ-bağatı ildırımdan yanırdı. Ən dəhşətlisi bu idi ki, Rövşən Lənkəranskinin ata babasını öldürən adamı ailəsi ilə birgə ildırım yandırıb, külə döndərib.

Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhəri, T.İsmayılov küçəsi, ev 26-da anadan olub. İlk dəfə həbsxanaya 1996-cı ildə düşüb. Rövşən 17 yaşında olarkən, atası Quliyev adlı kriminal "avtoritet" tərəfindən öldürülüb. Hadisə 1992-ci ilin may ayının 21-də baş verib. İstintaqdan gizlənən Quliyev yalnız 1996-cı ildə polis tərəfindən həbs edilərək, məhkəmə qarşısına çıxarılıb. Hakim müttəhimə son dəfə söz verib. Quliyev son söz söyləyərkən bu cümləni işlədib: "Həbsdən çıxdıqdan sonra Canıyevlər ailəsinin bütün qohum-əqrabasını məhv edəcəm". Bu söz elə Quliyevin ağzında qalıb, məhkəmə zalında əyləşən 21 yaşlı Rövşən cibindən çıxardığı tapançayla Quliyevə dörd dəfə atəş ataçaraq onu güllələyib. Quliyev məhkəmə zalında keçinib.

Bu hadisədən sonra Rövşən həbs edilib. Prokuror ona 12 il həbs cəzası istəsə də, hakim onun cinayət törətdiyi vaxt affekt vəziyyətdə olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alaraq, onu cəmi 2 il müddətinə cəzalandırmaq haqqında qərar çıxarıb. İki il həbsdə qaldıqdan sonra Rövşən artıq gələcək həyatının hansı yolla davam edəcəyini qət edir. Bununla da onun kriminal aləmdə ilk fəaliyyəti başlayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2551   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568