İkinci Qarabağ müharibəsi başlaya bilərmi? - AÇIQLAMA

İkinci Qarabağ müharibəsi başlaya bilərmi? - AÇIQLAMA"Serj Sarkisyan qazana bilməsə də, təxribata əl atacaq".

Bunu BiG.AZ-a açıqlamasında polkovnik Şair Ramaldanov deyib.

İkinci Qarabağ müharibəsi başlaya bilərmi? - AÇIQLAMAŞair Ramaldanov qeyd edib ki, o, bu təxribatı ilə erməni cəmiyyətində nüfuz qazana bilməyəcək: "Serj Sarkisyan Qarabağ davası ilə o hakimiyyətə gəlib. Qarabağ problemi erməni cəmiyyətini parçalayıb. Ermənistanda Qarabağın həllini tələb edən sağlam qüvvələr çoxalmaqdadır. Bu tələb təkcə əhalinin və əsgər analarının deyil, həm də erməni deputatların fikridir. Dağlıq Qarabağ problemi Ermənistanın iqtisadiyyatını pis vəziyyətə salıb.

İnfrastrukturunu bərpa etmək üçün onların gücü yoxdur. Qarabağı ermənilərin özü belə tanıya bilmir. Bu problem Ermənistana heç nə verməyib. Əksinə, gözü yaşlı anaların sayı artıb. Silah almağa məcbur olan, aldığı krediti ödəyə bilməyən və müstəqilliyini Rusiyaya girov qoyan Ermənistan dövlətini Sarkisyan gələcək nəsillərə necə miras qoya biləcək.

Bilirsiniz ki, Ermənistanda miqrant problemi mövcuddur. Sadaladığım bütün problemlər Sarkisyan hakimiyyəti ilə bağlıdır. Əgər Ermənistanda vəziyyət sabit olsaydı Qarabağda nisbi sakitlik haqqında proqnoz verə bilərdik. Ancaq seçki qabağı gərgin vəziyyət, hakimiyyətin getmə ehtimalı, müxalifətin möhkəmlənməsi Qarabağda vəziyyəti daha da gərginləşdirir".

Şair Ramaldanov vurğulayıb ki, Sarkisyan əhalinin fikrini sosial problemlərdən yayındırmaq üçün Qarabağ faktorundan istifadə edəcək:

"Son zamanlar Ermənistanın dövlət nümayəndələri işğal olunmuş ərazilərə gəlirlər. Əlbəttə, onların gəlişi xeyirli deyil. Ermənistanda vəziyyət gərginləşdikcə Qarabağa da öz təsirini göstərir. Aprel hadisələrində itirilmiş torpaqları yenidən işğal etmək üçün onların təxribatlara əl atmaqları gözləniləndir. Əlbəttə ki, bu da müharibənin aktivləşməsinə səbəb olacaq. Biz bu təxribatları gözləyirik. Ona görə də Azərbaycan silahlı qüvvələri daim ayıq-sayıqdır. Düşmənə layiqli cavab veriləcək. Əgər böyük miqyaslı təxribat olarsa bunun qarşısını almaqla kifayətlənməyəcəyik, əks hücuma keçərək Qarabağı işğaldan azad etmə addımlarını ata bilərik. Bununla da Azərbaycan ordusu işğal olduğu torpaqları güc yolu ilə ermənilərdən azad etməyə başlayacaq. Hesab edirəm ki, Sarkisyan öz hakimiyyətini saxlamaq üçün hər cür varianta əl ata bilər. Azərbaycan silahlı qüvvələri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Hesab edirəm ki, erməni tərəfi yenə də təxribata əl atsa ola bilsin ki, bunun sonunu qoyaraq Qarabağı işğaldan azad edəcəyik".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2441   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0