Baş Prokurorluq Xankəndiyə səfər edən şəxsi "İnterpol"a verdi

Baş Prokurorluq Xankəndiyə səfər edən şəxsi "İnterpol"a verdiProkurorluqtərəfindən cinayət-hüquqi tədbirlər davam etdirilir.

Bu barədə BiG.AZ-a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət göstərən "Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası"nın rəhbəri Kaspar Karampetyanın mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsi, qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və "İnterpol" xətti ilə beynəlxalq axtarış elan olunub.

"Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədi ilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş şəxslərə qarşı zəruri və qəti addımlarını bundan sonra da atacaq", - Baş Prokurluqdan bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 435   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18.03.2024 204
.

Azərbaycanda 5-dən çox uşağı olanların SAYI

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. xəbərt verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son beş ildə bu müavinətin məbləği 3,5 dəf

18.03.2024 475
.

Avropadakı kəskin istilərin səbəbi bəlli oldu

Son illər ərzində Arktika və Qrenlandiyada buz örtüyünün sürətlə əriməsi Avropada kəskin istilərə səbəb olub. Belə qənaətə Britaniya okeanoloqlarından ibarət qrup gəlib Onlar Şimali Atlantikada dəniz suyunun duzluluğundakı dəyişiklikləri tədqiq ediblər. Tədqiqatda 1979-2022-ci illəri əhatə edən məlumatlarda

18.03.2024 425
.

Şəkidə 13 yaşlı məktəbli niyə vəfat edib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəkidə 13 yaşlı yeniyetmənin xəstəxanada vəfat etməsi barədə açıqlama verib. TƏBİB-dən -ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardı

13:59 0
.

Öldüyü deyilən Keyt Middleton küçədə görüntüləndi - Video

Bir neçə aydır harada və səhhətinin necə olması müzakirə edilən Böyük Britaniya şahzadəsi Keyt Middleton küçədə həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Sun" yayıb. Nəşr Keytin Vindzorda həyat yoldaşı ilə fermer mağazasın

12:04 154
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: . "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18.03.2024 259
.

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib - red.) qətlə yetirib. -un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifad

10:37 366
.

Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının doqquzuncu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:20-də, iftar vaxtı isə 19:06-dadır. İmsak duası:. "Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin"

18.03.2024 307
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18.03.2024 252