"Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi..." - Səkkiz gün erməni əsirliyində...

"Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi..." - Səkkiz gün erməni əsirliyində...Bir müddət öncə Xocalı faciəsinin 26-cı il dönümü ilə bağlı kitabxanadan arxiv materiallarını araşdırırdım. Kitabxana işçiləri tərəfindən mənə təqdim edilən kitab diqqətimi çəkdi. Kitab türk dilində yazılıb. Xocalı hadisəsi zamanı səkkiz gün erməni əsirliyində zülüm çəkən iyirmi yaşlı əsir qadın Dürdanə Ağayeva öz əsirlik həyatı haqda kitab yazıb. Kitabın adı "Səkkiz gün erməni əsirliyində" adlanır. Düşündük ki, bu hadisəni Xocalı hadisəsinin il dönümü ərəfəsində oxucularımızla da bölüşək.

BiG.AZ xəbər verir ki, Moderator.az bu dəfə sizə əsir qadının səkkiz günlük dəhşətli həyatını ixtisarla təqdim edəcək.

Dürdanə Ağayeva 1972-ci ildə Xocalıda anadan olub. 1985-ci ildə atasını ürək əməliyyatı edən erməni həkimlər öldürüblər. O vaxtdan qardaşları Elşad, Elman və Eldənizlə yetim qalıb. O vaxtdan uşaqları ana babalarının himayəsində böyüyüblər. 17 yaşından Xocalıda rabitə qovuşağında telefonçu işləyib. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə meşədə ermənilərə əsir düşərək, Əskəran şəhərindəki polis böməsinə aid binada səkkiz gün işgəncələrə məruz qalıb.

Dürdanə Ağayeva:

"Meşənin içində hər tərəf meyit idi..."

"Fevralın 25-dən, 26-na keçən gecə Xocalı hər tərəfdən atəşə tutuldu. Biz ailəmizlə birlikdə qonşu evində sığındıq. Gördük ki, hamı gedir, çünki qalmağımızın mənası yox idi, hamımızı qıracaqdılar. Biz də ailəmizlə birlikdə insanlara qoşulub meşəylə Ağdam istiqamətində getməyə başladıq. Yolda ermənilərin pusqusuna düşdük. Hamımızı atəşə tutdular. Mən də ayağımdan yaralandım. Meşənin içində hər tərəf meyit idi. Qardaşım Elşadla mən ermənilər tərəfindən əsir götürüldük. Qardaşım da yaralı idi. Bizdən başqa bir neçə ailələr də əsir düşdü. Bizi Əskəran polis bölməsinə aid xarabalıq bir binaya gətirib doldurdular. Səkkiz günlük əsirlik həyatımda mənə olmazın işgəncələrin verdilər.

"Erməni hərbçi patronları götürüb var gücüylə sifətimə çırpdı..."

Binada adam əlindən yer yox idi, qadın və uşaq fəryadı qulaqları batırırdı. Kişilərimizə olmazın işgəncələrini verirdilər. Əsasən də döyüşçü olduğunu biləndə, onlara daha amansız davranırdılar. Rabitədə işlədiyim üçün mənimlə də pis davranırdı ermənilər. Çantamda avtomat patronları var idi, Xocalıdan çıxanda götürmüşdüm ki, yolda döyüşçülərimizə verərəm. Ermənilər onu çantamda görəndə, dəli oldular. Erməni hərbçi patronları götürüb var gücüylə sifətimə çırpdı. Dedi ki: "Sən döyüşçü olmusan?". Çantamda olan qızıl-zinət əşyalarımı da götürdülər. O gün ermənilər Xocalı əsirlərindən xeyli sayda qızıl və pul yığdılar. Sonra kişi və qadınları ayrı-ayrı otaqları doldurdular. Kişilərə elə işgəncələr verirdilər ki, səsləri bizə gəlib çıxırdı. Onda qardaşım 19 yaşlı Elşadı da məndən ayırdılar.

"Qadın otaqdan gedəndən 5-10 dəqiqə sonra otağa erməni hərbçi gəldi..."

Səhəri gün ermənilər gəlib yaralı insanları bir-bir aparırdılar. Amma, hara aparırdılar bilmirəm. Yanımda Məleykə adlı qadın var idi, dedi ki, qızım, sən də yaralısan, sən də get. Dedim ki, yox, mən getmirəm. Hamını bir-bir aparırdılar. Məleykə xala mənə dedi ki, onları Ağdama dəyişməyə aparırlar. Amma mən qardaşım Elşadsız heç yerə getmək istəmirdim. Hamı getdi. Mən qapının arxasında gizləndiyim üçün qaranlıq olduğundan məni görmədilər. Bir gün qaldığımız yeri təmizləməyə gələn qadın məni orda görüncə dəli oldu. Əlindəki süpürgəylə məni döyməyə başladı. Qadın otaqdan gedəndən 5-10 dəqiqə sonra otağa erməni hərbçi gəldi. Məni bir müddət döydükdən sonra erməni hərbçilərin olduğu başqa bir otağa apardı. Orda məni sorğu-sual etməyə başladılar. Bildim ki, burda əsir qadınlardan yalnız mən qalmışam. Danışdığım adam erməni komandir Vitali Balasanyan idi, özünü mənə təqdim edəndən sonra bildim.

"Məni o qədər döydü ki, huşsuz vəziyyətdə orada qaldım..."

Gecə yarı yenə qaldığım otağın qapısını bir erməni hərbçi açdı. O, mənə əmr edərək bildirdi ki, ardımca gəl. Mən də onun arxasıyca getdim. Məni ayaqyoluna salıb əlimi, qolumu bağlayıb, başqa bir kəndirdlə boğazımdan qapıya bağladı. Məni o qədər döydü ki, huşsuz vəziyyətdə orada qaldım. Səhər tezdən ayaq yoluna gələn rus əsgəri məni görüb yaxınlaşdı. Soruşdu ki, səni burda kim bu günə qoyub? Dedim ki, bilmirəm. O, mənim əlimi-qolumu açıb erməni əsgərlərinə əsəbiləşib qaldığım otağıma qaytardı.

"Birdən ayağa qalxıb üzümə zərbəylə sillə vurdu..."

Səhəri gün qapı yenə açıldı. Vitali gəlib məni başqa bir otağa apardı. Orda bir neçə erməni hərbçi vardı. Vitali qısa boylu ermənini göstərib mənə dedi ki: "O komandir Karodur. Səndən nə soruşsa, cavab ver". Bildiyimə görə Karo Əskəran ermənisi idi. Azərbaycan dilində yaxşı bilirdi. Amma çox qəddar idi. O, mənim rabitədə işləməyim və döyüşçü olub-olmamağım haqda suallar verdi. Mən dizi üstə yerdə oturmuşdum. O, isə masanın arxasında oturmuşdu. Birdən ayağa qalxıb üzümə zərbəylə sillə vurdu. Bir az özümə gələndən sonra məndən Əlif Hacıyevi soruşdu. Dedim ki, görməmişəm. Karo mənə dedi ki: "Sən türk olmağının cəzasını çəkəcəksən.

Bu vaxt otağa orta boylu, saqqallı və başı keçəl biri daxil oldu. Karo ona Monto-deyə müraciət edirdi. Karo mənə dedi ki: "Sən indi Monteyla get. Məni başqa bir yerə aparacaqlarını düşünüb, qorxdum. Karo getdi. "Asala Terror Təşkilatı"nın başçılarından olan Monte Melkonyanla mən qaldım. O, yarı rus, yarı azərbaycanca danışırdı. O, məni maşına mindirib bilmədiyim bir evə gətirdi...".

Yazının davamı var...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3173   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589