Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi? - SƏBƏB açıqlandı

Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi? - SƏBƏB açıqlandı

Bakıda Bayıl yamacında sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən 67 evin sahibinə kirayə haqları "Kapital Bank" vasitəsilə ödəniləcək.

BiG.AZ bildirir ki, bu barədə Trend-ə açıqlamasında sakinlər deyiblər.

Sakinlər bildiriblər ki, kirayə haqlarının ödənişi üçün onlara veriləcək plastik kartlar hazırdır: "İcra Hakimiyyətindən deyiblər ki, kartlar "Kapital Bank"ın Səbail rayon filialındadır. Fevralın 21-də kartlar bizə təqdim ediləcək. Kirayə haqları aylıq minimum 260 manatdan başlayır. Yəni ailə üzvləri 2-3 nəfər olanlara 260 manat, ailə üzvlərinin sayı daha çox olanlara isə artıq məbləğ veriləcək. Kirayə haqları 11 ay ödəniləcək".

Xatırladaq ki, ötən gün Səbail rayon İcra Hakimiyyətindən sakinlərə kirayə haqqı müavinətlərinin bu gün veriləcəyi barədə bildirilmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 499 Tarix: 20.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər