Siyavuş Novruzovdan gözlənilməz AÇIQLAMA: "Siyasi məhbuslar azad edilməlidir"

Siyavuş Novruzovdan gözlənilməz AÇIQLAMA: "Siyasi məhbuslar azad edilməlidir"

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bütün siyasi məhbusları azad etməyə və bununla da beynəlxalq təşkilatların tənqidinə və narazılığına son qoymağa çağırıb.

BiG.AZ xəbər verir ki, bu barədə Siyavuş Novruzov gözlənilən əfv fərmanını şərh edərkən deyib.

“Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər.

Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”, - S.Novruzov qeyd edib. /“Yeni Müsavat”

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1064 Tarix: 19.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
People_need
People_need 20.02.2018
Ömründə birinci dəfədi bu Siyavuş düz danışıb !


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər