"Bəxt üzüyü 2" filmi izdiham yaşatdı - FOTOLAR

"Bəxt üzüyü 2" filmi izdiham yaşatdı - FOTOLAR"Bəxt üzüyü 2" filminin əsas qəhrəmanları kinosevərlərlə görüşüb.

BiG.AZ-ın məlumatına görə, imza günü Park Bulvar AVM-in Park Cinema kinoteatrında baş tutub. Tədbirdə filmin baş prodüserləri eləcə də yeni obrazları, əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları ilə yanaşı hələ 27 il öncə yaratdıqları "Söylü" və "Moşu" obrazları ilə "Bəxt üzüyü" filminin möhürünü vuran, xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov da iştirak edib. Aktyorlarla görüşdə əsl izdiham yaşanıb. Tamaşaçılar "Söylü", "Moşu", "Xoşbəxt" və "Fedot" xarakterlərindən imza almaq üçün növbə gözləyib, xatirə şəkilləri də çəkdiriblər. Elə film qədər də maraqla qarşılanan imza gününə A. Bəşirqızının qatılması tamaşaçılar üçün ikiqat sevincə çevrilib. Hər kəs saysız-hesabsız obrazların müəllifi, unudulmaz Bəşir Səfəroğlunun xatirəsi olan Afaq xanımı yaxından görmək və sevgisini çatdırmaq istəyib. Tədbirin davamında tamaşaçılar qəhrəmanlarla birgə "Bəxt üzüyü 2" filmini izləyib. Anşlaq yaşanan seansda aktyorlar ayaqüstə alqışlanıb. Xatırladaq ki, qarşıda "Bəxt üzüyü 2" filminin növbəti imza günləri keçiriləcək. Belə ki, 24 fevral saat 17:00-da Metro Park TM-nin Park Cinema Kinoteatrında və 3 mart saat 13:00-da Quba Asan Həyat Kompleksində yerləşən kinoteatrında əsas qəhrəmanlarla birgə filmi izləmək imkanı olacaq.

Qeyd edək ki, "Planet Parni iz Baku" komandasının ərsəyə gətirdiyi "Bəxt üzüyü 2" filmi xalq şairi Vagif Səmədoğlunun 80 illik yubileyinə həsr edilib. Ekran işində həmçinin xalq artisti Rəfael Dadaşov, əməkdar artist Bəhram Bağırzadə, müğənni Firəngiz Rəhimbəyova, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil Musayev də rol alıb. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.

"Bəxt üzüyü 2" filmi izdiham yaşatdı - FOTOLAR"Bəxt üzüyü 2" filmi izdiham yaşatdı - FOTOLAR"Bəxt üzüyü 2" filmi izdiham yaşatdı - FOTOLAR"Bəxt üzüyü 2" filmi izdiham yaşatdı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2007   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643