Ana körpəsini yuxarı qaldırdı ki, boğulmasın-Azərbaycanda məmurun öldüyü faciəvi qəzanın təfərrüatı

Ana körpəsini yuxarı qaldırdı ki, boğulmasın-Azərbaycanda məmurun öldüyü faciəvi qəzanın təfərrüatıXəbər verdiyimiz kimi, dünən Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb. Hadisə Bakı-Qazax yolunun 259-cu kilometrliyində - Ağdaş rayonu Aşağı Ləki kəndindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ana və azyaşlı uşağı yol polisi əməkdaşları xilas edib. Belə ki, axşam saat 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən "Mercedes" markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Təxminən 19-20 yaşlarında bir qadın və qucağındakı 6 aylıq körpəsinin kanala düşən avtomobilin içində köməksiz vəziyyətdə qaldığının şahidi olan YPX əməkdaşları tez kanala girərək avtomobilin qapısını açıb və qadınla uşağı xilas ediblər. Qadın boğulmaq üzrə imiş. Körpəsini isə yuxarı qaldıraraq boğulmaqdan xilas edən ananı son anda yol polisləri maşından çıxara biliblər.

Yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır. 8-ci tağımın komandiri, polis mayoru Etibar İbrahimov bildirdi ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1697   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 182
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 206
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 820
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 322
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

16:02 172
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 539
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 305
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 562
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 206