Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLAR

Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLARKanadaya mühacirət edən və restoran biznesində özünə təzəcə karyera qurmağa başlayan 23 yaşlı azərbaycanlı qız Natəvan Xasiyeva 9 metr hündürlükdən yıxılaraq şikəst qalıb. Onun müalicəsi və reabilitasiyası üçün kanadalılar xüsusi fond yaradıb. Hazırda qız əlil arabasında özünün zərgərlik məmulatlarını hazırlayıb internetdə satır və psixologiya üzrə magistr dərəcəsi almaq üçün hazırlaşır.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Natəvan Xasiyeva 2017-ci il mayın 29-da bir neçə yaxın dostu ilə birlikdə Torontodakı binalardan birinin çardağındakı restoranda olarkən yıxılıb. Xasıyeva ehtiyatsızlıq edərək binanın damı ilə qonşu barın divarı arasındakı 15 santimetrlik boşluğu örtən şüşə-plastik materialın üstünə çıxıb. Bu zaman material onun ağırlığına tab gətirməyib və sınıb. Azərbaycanlı qız 9 metr hündürlükdən iki binanın arasındakı boşluğa düşüb. Nəticədə onurğası iki yerdən sınıb.

Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLAR"O, orada dayanmışdı, birdən yoxa çıxdı"-Natəvanın dostlarından Glen Sarcent danışıb.

"Mən bir saniyəlik ona baxdım və birdən yüksək çatıltı səsini və nəyinsə aşağı düşdüyünü eşitdim, boşluq onu artıq udmuşdu..."-Sarcent xatırlayır.

Xasıyeva necə xilas olunduğunu xatırlayır, amma deyir ki, həmin vaxt danışa bilmirdi və bütün gücü ilə nəfəs almağa çalışırdı. "Mən həmin vaxt ağrı hiss etmədim, görünür adrenalinin təsirindən idi"-qız deyir.
Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLAR"Bir anlıq araya sükut çökdü, sonra qışqırıqlar başladı, ora-bura qaçmağa başladıq. Bu, tam terror idi"-Sarcent deyir.

Natəvanın düşdüyü boşluq küçədən hər iki tərəfdən divarla bağlı olduğundan dostları ona ancaq ikinci mərtəbədən pəncərədən keçməklə əl uzada bilib. Dostlardan biri, 24 yaşlı Peris Kapernonis arıq olduğundan pəncərədən Natəvanın düşdüyü boşluğa keçə bilib və xilasedicilər gələnə qədər onun yanında qalıb.

"Bu, çox dəhşətli idi, mən ona toxunmaq istəmədim, həkimlərin gəlişini gözlədim"-o xatırlayır.
Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLARToronto polisi və xilasedicilər beş dəqiqə sonra hadisə yerinə gediblər. Kapersonisin köməyi ilə onlar Natəvanı dama qaldıra biliblər və xəstəxanaya aparıblar. Həkimlər ilkin müayinədən sonra qızın daha yeriyə bilməyəcəyini deyiblər.

Natəvanın dayısı Teymur Əsədov xatırlayır ki, ona polisdən zəng vurub qohumunun ciddi qəza keçirdiyini deyiblər. "Mən xəstəxanaya gəlndə dostları yanında idi, dedilər ayaqlarını tərpədə bilmir...Həkimlərlə danışdım və onlar dərhal təsdiq etdilər ki, Natəvan daha yeriyə bilməyəcək"-Əsədov xatırlayır.

Xasıyeva bir gün sonra əməliyyat olunur, onun onurğasına iki metal mil bərkidilir. Həkimlər deyirlər ki, qız möcüzə nəticəsində sağ qalıb, çünki bu hündürlükdən yıxılaraq beyin zədələnməsi almamaq şansı bir faizdir.

Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLAR"Narahat olma, dayı, mən güclüyəm, dözərəm"-Natəvan əməliyyatdan qabaq dayısını sakitləşdirməyə çalışıb.

Əsədov acı xəbəri Natəvanın Azərbaycanda yaşayan valideyinlərinə və bacısına çatdırır. "Hamı ağlamağa başladı. Anası qışqırırdı, atası tam başını itirmişdi bilmirdi nə etsin"-Teymur Əsədov deyir.

Natəvanın valideyinləri dərhal Torontoya yola düşürlər.

Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLAR"O, qorxmurdu...Yadımdadır, mən necə ağlayırdım, o isə deyirdi ki, qorxma, hər şey qaydasında olacaq"-Natəvanla birlikdə həmin yığıncaqda olan rəfiqəsi Natali Tran deyir.

Əməliyyatdan sonra Xasıyeva ay yarım Torontodakı reabilitasiya mərkəzində qalır, orada ona xüsusi reabilitasiya kursu keçilir, o cümlədən psixoloji yardım edilir. Yıxılana qədər işlədiyi restorandakı işini buraxmağa məcbur olan Natəvan dayısının Torontadakı mənzilinə köçür. Anası da o vaxtdan bəri müvəqqəti viza ilə qızının yanında yaşayır.

Natəvanın müalicə xərclərinə kömək etmək üçün Kapernonis və Sarcent xüsusi yardım kampaniyası başladırlar, "Natəvana yardım fondu" yaradırlar və bu fonda 60 min dollardan çox pul toplaya bilir. Bu, ötən il Torontoda ən çox pul toplayan "GoFundMe" kampaniyası olur.
Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLARToplanan vəsaitin bir hissəsi Natəvanın xəstəxana xərclərinə sərf olunur, qalanı isə mənzil kirayəsi, hamam otağının xüsusi avadanlıqlarla təchiz olunması və digər ehtiyaclara xərclənir.

Natəvan restoran biznesində karyerasının bitdiyini dərk edərək evdə anası ilə birlikdə xüsusi bəzək studiyası açır. O, özü hazırladığı 100-dən çox bəzək əşyasını internet üzərindən sata bilib. Bu yaxınlarda isə "Made You Look" və "Queen Street West" yuvelir mağazalarında öz xətini açıb.

Azərbaycanlı Natavan xaricdə 9 metr yüksəklikdən yıxıldı, ömürlük şikəst qaldı - FOTOLAR"Baş verənləri xatırlayanda pis oluram, amma indiki vəziyyətimə də şükür edirəm"-azərbaycanlı qız deyir.

Xasıyeva mikrobiologiya və psixologiya sahəsində bakalavr dərəcəsinə malikdir, indi o, psixologiya üzrə magistr dərəcəsi almaq üçün hazırlaşır. Mövzusu isə əlillik və psixoloji terapiyadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1958   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

23.04.2024 265
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 283
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 170
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 921
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 212
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1691
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23.04.2024 1221
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 283
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 298