Ermənistan MN-dən daha bir gizli fakt: "Qara leopard"ın döyüşçüsü yaralanıb

Ermənistan MN-dən daha bir gizli fakt: "Qara leopard"ın döyüşçüsü yaralanıbErmənistan ordusunun zabiti leytenant Yervan Xaçatryan 2017-ci ilin 6 mart tarixində işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərində mina partlayışı nəticəsində yaralanıb. Ayaq barmaqlarını itirən erməni zabit bədənin müxtəlif nahiyəsində qəlpəli yaralar alıb.

BiG.AZ erməni KİV-lərinə istinadən xəbər verir ki, 49 yaşlı erməni zabitə sığorta vəsaiti ödənilməsi əvəzinə hakimiyyət orqanları tərəfindən ona qarşı cinayət işi qaldırıb. Döyüş növbətçiliyi qaydalarını pozma maddəsi ilə qaldırılan cinayət işinə görə onu 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Yaralı leytenant Yervan Xaçatryanın iddiasına görə, cinayət işinin qaldırılmasında məqsəd onun sığorta fondundan vəsait alması imkanından məhrum etməkdir.

Leytenant Xaçatryanın dediklərinə görə, hava şəraitinin sıx dumanlı olması səbəbindən qulluq etdiyi Talış yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqeyində kəşfiyyat diversiya fəaliyyətlərinin təhlükəsi artıb. İki döyüş mövqeyinə cavabdeh olan Xaçatryan mövqelərarası məsafəni yoxlamaq məqsədi ilə silah və sursatını götürərək, bir əsgərlə bərabər ərazinin təhlükəsizliyini yoxlamağa gedib. Yol boyu itin narahatedici hərəkətlərindən sonra təhlükəli ərazini Xaçatryan şəxsən yoxlamaq istəyib. Yoxlamadan geri qayıdarkən ani məqamda minaya düşüb, özünü təhlükəyə atsa da yanındakı əsgəri qorumağa çalışıb. Səs gələn istiqamətə atəş açıb. Mina partlayışından sonra tağımın digər hərbi qulluqçuları köməyə gəlib və yaralıları təhlükəli bölgədən çıxardıb. Yaralanan erməni hərbi qulluqçular tabora çörək gətirən maşınla Ağdərədəki hərbi hospitala təxliyyə edilirlər.

Qeyd edək ki, baş verən hadisə və yaralılar haqqında Ermənistan müdafiə nazirliyi hər hansı rəsmi məlumat verməyib. Uzun müddətli müalicədən sonra erməni zabit ayağındakı protezlə çətinliklə hərəkət edir.

Ona qarşı qaldırılan cinayət işinə bir dəfə xitam verilib. Lakin Xaçatryan cinayət işinin yenidən açılmasını tələb edərək, döyüş növbətçiliyi qaydalarını pozmadığını və günahkar olmadığını sübut etməyə çalışır. Hazırda işin istintaqı yenidən aparılır. İkinci qrup əlil olan Yervan Xaçatryan təqaüddən məhrum edilib. Xaçatryanın hüquqlarını müdafiə edən vəkil Norikyan, hərbi qulluqçuların sığorta fondundan Xaçatryana maddi vəsait ödənilməsi üçün Ermənistan müdafiə nazirliyinə yazılı müraciət göndərəcəyini bildirib. Vəkilin tələbi ilə hadisə baş vermiş ərazinin yenidən incələnməsi həyata keçirilib və iddia olunduğu kimi ərazidə mina təhlükəsi xəbərdarlığı haqqında hər hansı nişan olmayıb. Hüquq mühafizə orqanları yaralı Xaçatryanın öz hüquqları uğrunda mübarizə aparacağını düşünmədiklərinə görə cinayət işinin istintaqına səhlənkar yanaşıblar. Hazırda erməni zabit ikinci dəfə qaldırılan cinayət işinin istintaq gedişatından da narazı olduğunu ifadə edib.

Xatırladaq ki, Xaçatryan 2016-cı ilin aprel müharibəsində "Qara leopard" adı ilə tanınan taborun tərkibində Qubadlı istiqamətində arxa cəbhə işlərində fəal iştirak edib. //Ordu.az

Ermənistan MN-dən daha bir gizli fakt: "Qara leopard"ın döyüşçüsü yaralanıb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0