"Evinə getmişəm, amma aramızda heç nə olmayıb"- şantaj edilən qadın 42 min verib

"Evinə getmişəm, amma aramızda heç nə olmayıb"- şantaj edilən qadın 42 min veribBakıda xanımı şantaj edərək ondan pul almaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib. Şantaj olunan xanım təqsirləndirilən şəxsə bir neçə dəfə pul və qızıl verib.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu və şantajla pul tələb etməkdə təqsirləndirilən Rakif Quliyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qadın Sevda Qasımov (ad və soy ad şərtidir) ifadə verib.

Zərərçəkmiş S.Q deyib ki, təqsirləndirilən şəxsi bir neçə il əvvəl tanıyıb: "Rakif Quliyevi bir müddət münasibətim olduğu Romanın dostu kimi tanımışam. Sonra biz Romanla ayrıldıq".

S.Q söyləyib ki, sevgilisi olan Roman adlı şəxs onu öz evlərinə dəvət edib. Elə bütün problemlər də bundan sonra başlayıb:

"2015-ci ildə Romanla görüşdük. Bir dəfə evlərinə getmişəm. Amma aramızda heç nə olmayıb. Mən onun pis niyyətini başa düşüb oradan ayrıldım.

Düz bir il sonra Rakif bundan xəbər tutdu. Məni rüsvay edəcəyini, ailəmə bu görüş haqqında və başqa sözlər deyəcəyi ilə hədələyib ona pul verməyimi istədi. Rakif deyirdi ki, ailəmə, tanışlarıma yayacaq ki, mən Romanın evinə getmişəm".

R.Quliyevə ilk dəfə 800 manat verdiyini söyləyən S.Q bildirib ki, daha sonra da şantaj edilib: "Sonra 1000, 1500 istədi. Əvəzində qızıl zinət əşyaları da vermişəm. Üzük, bilərzik, sırğa da vermişəm".

Məhkəmədə hakimin və dövlət ittihamçısının suallarını cavablandıran S.Q 2016-cı ilin noyabrından, mayına qədər şantaj edildiyini söyləyib.

"Hər dəfə də söz verirdi ki, artıq məni narahat etməyəcək. Hər dəfə də "Elmlər Akademiyası" metrostansiyasının yanında görüşmüşük"- deyə zərərçəkmiş qeyd edib.

Məhkəmədə məlum okub ki, R.Quliyev sonuncu dəfə də S.Q-dan 10 min manat tələb edib. Bu zaman S.Q Baş Mütəşəkkil Cinahətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

S.Q suallara cavabında heç bir foto ilə şantaj edilmədiyini deyib.

Zərərçəkmiş deyib ki, R.Quliyevin ailəsi ona dəymiş zərəri tam şəkildə ödəyib. O, şikayətçi olmadığını deyib: "Həyatımı normal şəkildə davam etdirirəm. Buna görə də şikayətim yoxdur".

Məhkəmədə məlum olub ki, R.Quliyev S.Q-dan ümumi 42 min manatdan çox pul alıbmış.

Prosesdə Baş Mütəşəkkil Cinahətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Səlimov da ifadə verib.

O bildirib ki, zərərçəkmiş qadın idarəyə müraciət edərək şantaj edildiyini söyləyib:

"Bildirdi ki, ondan 10 min tələb edilib. Sonda 3 min dollara razılaşmışdılar. Əməliyyat keçirildi və möhürlənmiş pullar Rakif Quliyev tərəfindən gğtürülən zaman o, saxlanıldı. O, həmin zaman əməlini etiraf etdi".

Rakif Quliyev isə söyləyib ki, S.Q-dan pul tələb edib. Amma görüşə xanım gəlməyib: "Əməlimi etiraf edirəm . Amma pulu mənə polis əməkdaşları verdi".

Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən və Ağcəbədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev həmin xanımdan 3000 ABŞ dolları alarkən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, R.Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd "Nikolay" qızıl onluq, 9 ədəd "Nikolay" qızıl 15-lik, 1 ədəd "Osmanlı" qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd "Nizami Gəncəvi" qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2581   Tarix: 18 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144