Azərbaycanda hazırda 15-20 serialın çəkilişi gedir

Azərbaycanda hazırda 15-20 serialın çəkilişi gedirAprelin əvvəlində telekanallara serialların çəkilməsi ilə bağlı əlavə maliyyə vəsaiti ayrılacaq.
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, ötən il ölkə prezidentinin sərəncamı ilə televiziya filmlərinin və serialların çəkilməsi üçün ayrılan 5 milyon manat vəsaitdən 3 milyon 200 min manatı qalıb. Bu müddət ərzində telekanallar serialların çəkilişi ilə bağlı xeyli iş görüb: "Amma əsas iş mart ayında gedir. Ona görə də məqsədimiz var ki, aprelin əvvəlində telekanallara əlavə vəsait ayrılsın. Bununla bağlı iş aparırıq".
N. Məhərrəmli bildirib ki, serialların çəkilişi üçün ayrılan 5 milyon manat əsasən televiziya kanalları üçün nəzərdə tutulub: "Biz prodakşnlarla işləmədik. Çünki prodakşnlar serialı çəkəndən sonra onun telekanalarda göstərilmə problemi olacaqdı. Ona görə də biz ən məqbul variantı seçdik ki, telekanallar prodakşnlarla birgə çalışsın. Artıq belə bir praktika var. Hesab edirəm ki, gələcəkdə dövlət tərəfindən əlavə vəsait ayrılarsa, o zaman biz birbaşa prodakşnlarla işləmə məsələsinə baxa bilərik".
"Kanallara pul eyni məbləğdə, yoxsa fərqli veriləcək" sualına cavabında MTRŞ sədri bildirib ki, bu iş kanalların verdiyi ssenarilərə, smetalara uyğun olaraq həyata keçiriləcək: "Hər bir serialın özünün dəyəri var. Ona uyğun hərəkət edəcəyik və çalışacağıq ki, telekanallar bu məbləğdən kifayət qədər bəhrələnsin, mayın 1-dək lazım olan hazırlıq işlərini görə bilsinlər. Telekanallar bilir ki, mayın 1-dən xarici serialların yayımı dayandırılacaq. Ona görə də telekanalların bəzisi 4, bəzisi 5, bəzisi isə ən azı 3 serial çəkir. Bu hesabla hazırda 15-20 serialın çəkilişi gedir".
MTRŞ sədri deyib ki, 2012-ci il üçün teleserialların çəkilişi ilə bağlı maliyyə ötən il üçün ayrılan maliyyə tam xərclənəndən sonra – iyun-iyul aylarında ayrılacaq.
Qeyd edək ki, MTRŞ ötən il ölkə prezidentinin serialların çəkilişi üçün ayırdığı 5 milyon manat vəsaitdən telekanalların hər birinin hesabına 300 min manat vəsait köçürüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2133   Tarix: 06 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 166
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170