Silahlı Qüvvələrə aid xidməti avtomobillərdə intizamsızlıq çoxalıb - EKSPERT

Silahlı Qüvvələrə aid xidməti avtomobillərdə intizamsızlıq çoxalıb - EKSPERT"Bakı küçələrində və ölkənin yollarında nömrələri əsasən "A" hərfi ilə başlayan "miqalkalı-sirenalı" avtomobillərin sayı artır".

BiG.AZ xəbər verir ki, bunu Cebhe.info -ya açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə bu sıradan olan avtomobillərin əksəriyyəti dövlət orqanlarına məxsus olsa da, özəl qurumlara aid olanları da var:

"Ən pisi odur ki, belə avtomobilləri idarə edənlər qaydalara məhəl qoymurlar: daha çox əks istiqamətə çıxırlar, qırmızı işıqdan keçirlər və s. Son vaxtlar Silahlı Qüvvələrə aid xidməti minik avtomobillərində də belə intizamsızlıq çoxalıb. Amma belə olmaz, bunun qarşısı alınmalıdır. Bu, pis nümunədir. Kəskin yoluxucu xəstəlik kimi yayılır. "X" idarəsinin müdirinin belə avtomobillə gəzdiyini görən "У" idarəsinin müdiri də belə avtomobildən ötəri hər şeyindən keçməyə hazır olur. Ümumi nəticədə isə xaos, özbaşınalıq artır".

Hüquqşünas qeyd edib ki, qanuna əsasən, DYP-də xüsusi qeydiyyata alınan operativ nəqliyyat vasitələrində həmin xüsusi işıq və səs siqnalları ola bilər:

"Başqa heç bir avtomobildə, hətta məsələn, polis rəisinin operativ tapşırıqların yerinə yetirilməsində istifadə üçün nəzərdə tutulmayan xidməti avtomobilində həmin işıq və səs siqnalı ola bilməz. Ölkədə nizam-intizam belə zahirən əhəmiyyətsiz görünən şeylərdən başlayır əslində.

Bununla bağlı maraqlı bir xatırlatmanı yada salmaq istərdim. Qərbi Avropa ölkələrinin əksəriyyəti kimi İspaniyada da 1960-cı illərin sonu 70-ci illərin əvvəli yollarda intizamsızlıq, xaos, qəzalar və ölümlər dözülməz həddə çatıbmış. Çıxış yollarının müzakirəsi zamanı İspaniya diktatoru, Generalissimumus Franko polis şefinə deyir ki, hətta mənim xidməti avtomobilim və onu müşayiət edənlər qırmızı işıqda dayanmasalar, cərimələ. Cərimələməsən, səni cəzalandıracam. Nəticədə hazırkı İspaniya dünyada yol hərəkəti təhlükəsizliyi səviyyəsi ən yaxşı olan 4 dövlətdən biridir. Özü də o İspaniya ki, öz əhalisinin sayı təxminən 47 milyon, hər il qəbul etdiyi turistlərin sayı isə orta hesabla 70-75 milyon nəfərdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1931   Tarix: 17 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259