"Mən yazığın nə pulu var?" - Vasif Məhərrəmli cana doydu

"Mən yazığın nə pulu var?" - Vasif Məhərrəmli cana doydu

Əməkdar artist Vasif Məhərrəmli "Zarafat-zarafat" verilişinin qonağı olub.

BiG.AZ-ın məlumatına görə, müğənni insanların onu varlı hesab etdiyini deyib. O bildirib ki, tanımadığı adamlar tez-tez ona zəng edib borc istəyirlər:

"Vasif yazığın nə pulu var? İmkanımız çatır ki, hara istəyirik gedək, övladlarımıza xoş gün verək. Tez-tez mənə sosial şəbəkədə yazıb pul istəyirlər. Hətta bir dəfə tanımadığım adam zəng edib ki, borc ver. Dedim ki, başın xarabdır? Bir evim, iki avtomobilim var. Əgər varlı hesab edirlərsə, etsinlər. Ümumiyyətlə, məni milyonçu hesab edirlər".

Elman Məmmədov

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3206 Tarix: 17.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər