Ölkə başçısından icbari tibbi sığorta ilə bağlı mühüm SƏRƏNCAM

Ölkə başçısından icbari tibbi sığorta ilə bağlı mühüm SƏRƏNCAMBiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə qərara alıram:

1. İcbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilsin.

2. "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı" təsdiq edilsin (əlavə olunur).

3. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 (bir milyon beş yüz altmış min) manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 (on altı milyon yeddi yüz altmış min) manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi prosesini davam etdirsin və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

5.1. bu Fərman qüvvəyə mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin pilot layihənin həyata keçirilməsini davam etdirsin;

5.2. "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1834) aşağıdakı dəyişikliklər edilsin:

8.1. adında, 1-ci və 2-ci hissələrdə "və Yevlax rayonunun" sözləri ", Yevlax və Ağdaş rayonlarının" sözləri ilə əvəz edilsin;

8.2. 2-ci hissədən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

8.3. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu Fərman qüvvəyə mindiyi gündən həyata keçirilməsini təmin etsin.";

8.4. 12-ci hissədə "Mingəçevir və Yevlax şəhər icra hakimiyyətlərinə" sözləri "Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Yevlax Şəhər İcra Hakimiyyətinə və Ağdaş Rayon İcra Hakimiyyətinə" sözləri ilə əvəz edilsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1481   Tarix: 16 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 334
.

İsrailin Qəzzanın şimalına hücumu nəticəsində 13 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının şimalındakı Şeyx Rıdvan bölgəsinə təşkil etdiyi hücumda 13 fələstinli həyatını itirib. xəbər verir ki, şahidlərin sözlərinə görə, Şeyx Rıdvan körpüsü yaxınlığında insanların internetə qoşulmaq üçün istifadə etdikləri nöqtəyə İsrail döyüş təyyarəsi tərəfindən raket hücum

17.04.2024 181
.

Vəfat edən Hadı Rəcəblinin oğlu: "Hazırda aeroportdayam"

"Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu". Bunu Bizim.Media-ya mərhum deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəbli bildirib. O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub:. "Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdə

17.04.2024 1084
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 198
.

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg

17.04.2024 836
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 221
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 863
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 336
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 187