Ərdoğan azərbaycanlının ifasıyla türk ordusuna səsləndi - VİDEO

Ərdoğan azərbaycanlının ifasıyla türk ordusuna səsləndi - VİDEO

Türkiyənin "A Haber" kanalında yayımlanan veriliş Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifasında bitir.

Sözügedən kanalda yayımlanan verilişin adı "Akşam Ajansı"dır.

Axşam saatlarında, yerli vaxtla saat 10-dan sonra canlı yayımlanan "Akşam Ajansı"nda Afrində başladılan "Zeytun budağı" əməliyyatının gedişatı bir sıra siyasət aləminin tanınmış simaları və millət vəkilləri ilə müzakirə edilir.

Artıq "Zeytun budağı" əməliyyatı başlayandan yayımlanan veriliş sevilən ifaçı Şəmistan Əlizamanlının oxuduğu "Tanrı Türkə Yar Olsun!" mahnısının sədaları altında qurtarır. Mahnının üzərindən Ərdoğanın dünyaya səslənişi, Türk Ordusuna dəstək verdiyi sözlər, dualar, həmçinin Afrində qəhrəmanlıq göstərən Türk ordusunun görüntüləri yer alır.

Ərdoğanın həmin musiqinin sədaları altında dünyaya, ölkəsinə, Türk Ordusuna səslənişini, etdiyi duaları təqdim edirik:

"Bizi istiqlal və istiqbal mübarizəmizdən geri çəkilməyə, başımıza gələcəkləri qəbul etməyimizə razı edə biləcəklərini düşünənlər varsa, onlara yanıldıqlarını göstərmək boynumuzun borcudur.

Bu qopan fırtına Türk Ordusudur, Ya Rəbbim! Sənin uğrunda ölən ordu budur, Ya Rəbbim!

Sizin bu əzminiz, bu qərarlılığınız, bu səmimiyyətiniz davam etdiyi müddətdə, əvvəl-axır bu milləti min illik yürüşündən kimsə geri çevirə bilməz!

Min il bundan əvvəl bu coğrafiyaya ayağımızı basdığımız zaman dayanmadan davam edən bir imtahan müddətinin adətən yeni bir səhifəsini yaşayırıq!

Sərhədlərimizi sıxışdırmağa cəhd etməyin dedik, dinləmədilər. Biz də lazım olanı edirik!

Gəlmişik dünyaya millət, milliyyət nədir öyrətmişik. Belə bir millətik Biz!

Rəbbim bölgəmizdə və dünyanın dörd bir yanında ürəyi bizimlə birlikdə döyünən qardaşlarımızın duaları, gözyaşları, ümüdləri hörmətinə bizim yolumuzu açsın, yar və yardımcımız olsun!

Unutmayın! Böyük davalar, böyük səylər və böyük fədakarlıqlar istəyir!"

"A24.az" sözügedən görüntüləri təqdim edir:


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1515 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər