"3-cü dəfə evlənmək istəyir"

"3-cü dəfə evlənmək istəyir"

Tanınmış aktyor Elməddin Cəfərov "Bacanaqlar" serialındakı Taleh rolundan danışıb.

Milli.az-a açıqlama verən aktyor 9 ildir ikili həyat yaşadığını etiraf edib:

"Talehin planı ayrı şeydir, Mətanətlə Delyanı qırışdırıb, 3-cü dəfə evlənmək istəyir. Sakitləşə bilmir ki, bilmir, hər yerdə problem axtarır. Düzünü deyim ki, bu obrazı oynamaq çox xoşuma gəlir, çox gülürəm. Artıq 9 ildir ki, bu serialda çəkilirəm. "Motor" veriləndə avtomatik Taleh oluram, çəkiliş bitəndən sonra isə Elməddin. Bir sözlə ikili həyat yaşayıram. Taleh bəzən qorxaqdır, bəzən isə zəif üstünə qışqıran. Çox qəribə, xaraktersiz bir obrazdır" deyə aktyor bildirib.

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1746 Tarix: 14.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər