Bu şəxslərin Prezidentliyə namizədliyi təsdiqləndi — SİYAHI

Bu şəxslərin Prezidentliyə namizədliyi təsdiqləndi — SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

BiG.AZ-ın report-a istinadən xəbərinə görə, MSK-nın katibi Arifə Muxtarova deyib ki, Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət edib.
Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

İclasda daha sonra Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun və Tural Abbaslının namizədliklərinin irəli sürülməsi təsdiqlənib.
Xatırladaq ki, MSK-nın bugünkü iclasında ilk olaraq Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1860 Tarix: 14.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər