BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində "Bakı prinsipləri" sənədi hazırlanacaq - FOTO

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində "Bakı prinsipləri" sənədi hazırlanacaq - FOTO

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində əldə olunan uğurlar "Bakı prinsipləri" adlı sənəddə öz əksini tapacaq".

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramına həsr olunmuş seminarda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini qeyd edib ki, Bakıda sentyabr ayında dayanıqlı inkişafa həsr olunmuş növbəti konfrans keçiriləcək:

"Bu tədbir çərçivəsində həmin sənədin təsdiq olunması planlaşdırılır. Bu sənədin layihəsi artıq hazırdır. Sentyabrda daha dəqiq və tam sənəd qəbul edəcəyik".
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 73 Tarix: 14.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər