"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"

"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"

Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında jurnalistlərə Suriyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı açıqlama verib. O, bildirib ki, Suriyanın mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, həmin silahların saxlandığı baza vurulacaq.

"Suriyanın kimyəvi silahlarının saxlanıdığı bazanı vuracağıq. Bu gün kimyəvi silahdan istifadə edilməsi ilə bağlı sübut yoxdur. Amma buna dair sübut tapılsa, mən bunu edəcəm", - Makron söyləyib.

mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 279 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər