Dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ

11 yanvar 2018-ci il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanına çıxarılmış vəzifələr üzrə (B növü) qeydiyyatdan keçmiş namizədlərin nəzərinə!

DİM-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, dövlət orqanlarının regionlarda yerləşən struktur bölmələrində olan müsabiqənin müsahibə mərhələsinə çıxarılmış vakant vəzifələr üzrə müsahibələr regionlarda keçiriləcək.

Qeyd edilənləri nəzərə alaraq, həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş, lakin regionlarda keçiriləcək müsahibələrdə iştirak edə bilməyəcək namizədlər qeydiyyatlarını ləğv etməlidirlər.

Müvafiq vəzifələr üzrə qeydiyyatın ləğvini 15 fevral 2018-ci il, saat 18:00‑dək "Dövlət qulluğu üzrə müraciət Forması"na daxil olub həyata keçirə bilərsiniz.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 260 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər