Şəkidə dəhşətli qəza: 6 nəfər yaralandı

Şəkidə dəhşətli qəza: 6 nəfər yaralandı

Fevralın 13-ü axşam saat 19:30 radələrində Şəki rayonunda, Baş Göynük avtomobil yolunda “VAZ” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, qəzadan sonra avtomobillərdə olanlar: Şəki rayonu Baş Şabalıd kənd sakini, 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı-1987-ci il təvəllüdlü Reyhanə Səlimova, Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov, Cəbrayılın anası-1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini, 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini, 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.

Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 277 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər